Ermənilər yüz illərdir sinə cırır ki, guya onları soyqırım ediblər...

Dünyanın ən məşhur siyasətçiləri və tarixçiləri də bütün tutarlı sübutlarla bunlara başa sala bilmir ki, bu ağ yalandır, əksinə, ermənilər özləri saxtakarlıqla məşğuldur, Osmanlı Türkiyəsinə xəyanət etməkləri azmış kimi, Qarabağda onlara yer vermiş, qucaq açmış Azərbaycana betər xəyanət ediblər. Və Azərbaycan torpaqlarında özlərinə dövlət quran bu xəstə başlar 1988-ci ildə ağambəyyanların (Aqambekyan)... təhriki ilə Qərbi Azərbaycanda yaşayan soydaşlarımızı son nəfərinədək qovdular, 90-cı illərdən başlayaraq isə rus hərbçilərinin əli ilə Qarabağı işğal etdilər, 30 il dağıntılarla məşğul oldular, Xocalı soyqırımını törətdilər. Nəhayət, 2020-ci ilin sentyabrın 27-də səbri daşan Azərbaycan ordusu Qarabağdakı erməni tör-töküntüləri "çıxdıqları yerə" qədər qovub gorbagor etdi...

***

Bəli, ermənilərin beynini elə doldurublar ki, onların böyük əksəriyyəti hələ də uydurulmuş yalanlara inanırlar. Amma aralarında bəşəri düşüncəlilər də var. Məsələn, tanınmış tarixçi alim Filipp Ekozyantsın youtube-də ermənilərə video müraciəti dediklərimizi sübut edir.

Tezadlar.az aşağıda həmin videmüraciəti təqdim edir. Baxın və nəticə çıxarın:

Onu da deyim ki, həmin videonun şərh yerində çoxsaylı şərhlər və mövqelər var. Ermənilərdən biri isə belə bir şərh yazıb: "Filip ən doğru, ədalətli, səmimi insandır! Bir az vaxt keçəcək, biz ermənilər başa düşəcəyik ki, Filip Ermənistanın ən sadiq vətəndaşıdır, erməni xalqını hamıdan çox sevir! Amma insan sağ olanda qədrini bilməlidir!" (Филипп самый правдивый, справедливый, искренний человек! Пройдет немного времени, мы армяне поймём, что Филипп самый верный гражданин Армении, который любит больше всех Армянского народа! А человека надо ценить когда он жив и здоров!".

A.Məmmədli