"Hər kəs aydın şəkildə anlamalıdır ki, Tbilisini müharibəyə sürükləyən Moskvadır".

Tezadlar.az CNN-ə istinadla bildirir ki, bu sözləri ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms Obrayan Gürcü Arzusu Partiyası rəhbərliyinin Tbilisi Vaşinqton və Kiyevin müharibəyə sürüklədiyi haqda ittihamına cavabında deyib. “Gürcüstanı Ukrayna kampaniyasına cəlb edən Rusiyadır ki, işğal etdiyi Gürcüstan ərazisində nəhəng hərbi limanın tikintisinə başlayır, Gürcüstan vətəndaşlarının oğurlanması və bəzi hallarda qətli davam edir. O, İvanişvilini nəzərdə tutaraq deyib ki, ölkədə nüfuzlu bir şəxsin dezinformasiyalar əsasında hərəkət etməsi utancvericidir. Sitat: "Biz "Gürcü Arzusu"nun yaradıcısının çıxışını gördük. Onun nə qədər zəif məlumatlı olmasına bir az təəccübləndim. Ona qarşı Qərbin sanksiyaları yoxdur. O, sanki sanksiyalar altında olduğunu düşünür və ümid edirəm ki, başqa informasiya mənbəyi tapacaq".

Rusiya isə ABŞ-ın bütün iddia və tələb-təsirinə baxmayaraq Ukraynanın təslim etdirilməsi üçün hər şeyi edir. Ukraynaya yardımlar isə davam etməkdədir...

A.Məmmədli