...Kimsə xarici ölkələrdən birinə gedib nəsə görürsə, gəlib Bakıda tətbiq edir. AYNA-nın küçələrindəki cansıxıcı tıxacı həlledilməz olan Bakıda tətbiq

etdikləri də bu sırada. Məsələn, bir aydan çoxdur Bakı küçələrində velosiped zolaqları təşkil edilir. Amma yolu genişləndirmədən avtomobil yollarının hesabına.

Təsəvvür edin, Səməd Vurğun küçəsi daim tıxaclı olur, indi 3 zolaqlı bu küçənin bir zolağını bağlayıb H.Əliyev Sarayının qarşısından başlayaraq velosiped üçün ayırıblar. Nəticədə hər gün həmin məntəqədən bulvar istiqamətinədək olan hissədə tıxac daha da artıb, ikiqatdır. Nümunə üçün mayın 3-də həmin küçə ilə hərəkət edərək metronun «Sahil» stansiyası istiqamətinə getməli oldum. Bir istiqamətli olan həmin küçənin sol zolağını velosiped üçün bağlayıblar və yol sərhədinə isə avtomobillərin keçməməsi üçün xüsusi maneələr quraşdırılıb. Təsəvvür edin, onsuz da həmişə tıxaclarla yüklü olan 3 zolaqlı yolda hərəkət edən avtomobillər indi iki zolağa doldurulub, məcbur edilib. Bu səbəbdən də tıxac ikiqatdır. Amma həmin saatda velosiped zolağında bir velosipedçiyə rast gəlmədim ki, nümunə üçün fotoşəklini çəkib təqdim edə bilim.

Yaxşı, bir layihəni tətbiq edəndə niyə onu sınaqdan keçirib sonra tətbiq etmirlər? AYNA-nın bu layihəsi də tələm-tələsik tətbiq olunduğundan ciddi ictimai narazılıq yaratmaqda və tənqid edilməkdədir.

A.Məmmədli