Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası

şair, yazıçı-publisist, M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın Fəxri oxucusu Pərixanım Mikayılqızının (Muradova) 70 illik yubileyi ilə əlaqədar yazıçının yaradıcılıq gecəsi və  “Əsrin sərkərdəsi” kitabının təqdimatı keçirildi. Tədbirdə Azərbaycan Respublikasının Dövlət himni səsləndirildi. Vətən, torpaq uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tədbiri giriş sözü ilə tarix üzrə fəlsəfə doktoru, Fəxri mədəniyyət işçisi, Yasamal rayon MKS-nin direktoru Lətifə Məmmədova açaraq, qonaqları salamladı. O, Pərixanım Mikayılqızının yaradıcılığı haqqında tədbir iştirakçılarına qısa məlumat verdi. Bildirdi ki, yazıçı 8 kitab, 200-ə yaxın elmi və publisistik məqalələr, çoxsaylı şeir və hekayələr müəllifidir. O, F.b.Köçərlinin yaradıcılığının tədqiqatçısıdır. F.b.Köçərli haqqında F.b.Köçərli: “Ümmətdən millətə doğru” kitabının müəllifidir.

Filologiya üzrə fəlsəfə doktoru Lalə Hacıyeva çıxışında vurğuladı ki, 44 günlük savaşın eyforiyasının hələ də yaşamaqdadır, bu böyük sərkərdəmiz İlham Əliyevin nailiyyəti idi. Pərixanım Mikayılqızı bu Qələbəni şərtləndirən amilləri tədqiq etməyə çalışıb.  “Əsrin sərkərdəsi” kitabı bu günkü və gələcək nəsillər üçün maraqlı mənbə olacaqdır.

Filologiya üzrə fəlsəfə doktoru, dosent Səkinə Bayramova bugünkü tədbirdə iştirak etdiyinə görə qürur hissi keçirdiyini bildirdi. İşığına toplaşdığımız “Əsrin sərkərdəsi” kitabında da 44 günlük savaşın təsiri hiss olunur. Dünyanın diqqət mərkəzinə Azərbaycanı gətirən Ali Baş Komandanımız İlham Əliyev haqqında kitab yazmaq qürurvericidir.

Tanınmış şair, M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın Fəxri oxucusu Qadir Hüseynov Pərixanım Mikayılqızını təbrik etdi və “Sən də bir əsgərsən, sən də bir əsgər” şeirini yazıçıya hədiyyə etdi.

“Azərbaycan Yazıçı Qadınlar” İctimai Birliyinin sədri, yazıçı, publisist Nüşabə Məmmədli Pərixanım Mikayılqızını hər şeydən öncə humanist, incə qəlbli yaradıcı biri kimi tanıdığını bildirdi. Onu yubiley və yeni kitabının işıq üzü görməsi ilə təbrik etdi, yaradıcılıq uğurları arzuladı.

Hüquq elmləri doktoru, professor, Azərbaycanda mülki məcəllə üzrə ilk alim xanım Məhəbbət Dəmirçiyeva P.Mikayılqızı haqqında öz müsbət fikirlərini söylədi, onu təbrik etdi, nailiyyətlər arzuladı. O qeyd etdi ki, Prezident İlham Əliyevdən yazılan kitab çox dəyərlidir.

“Yeni təfəkkür” qəzetinin baş redaktoru, Əməkdar jurnalist Şəmsiyyə Kərimova müəllifi yubiley münasibətilə təbrik etdi, uğurlarının davamlı olacağına ümid etdiyini vurğuladı.

Bakı Mühəndislik Universitetinin Həmkarlar Komitəsinin sədri, tarix elmləri doktoru, professor Şikar Qasımov P.Mikayılqızının yaradıcılığını çağlayan bulağa bənzətdi. Yazıçının “Əsrin sərkərdəsi” kitabı İlham Əliyev yoluna verilən qiymətdir. O, müəllifə uğurlar arzuladı.

“Borçalı” nəşriyyatının baş redaktoru, filologiya üzrə fəlsəfə doktoru Müşfiq Borçalı ZİM və Ziyainfo.az saytının təşəbbüsü ilə AJB-nın üzvü, jurnalist P.Mikayılqızını 70 illik yubileyi münasibətilə Fəxri fərmanla təltif etdi.

Filologiya elmləri doktoru, professor Sevil Həsənova çıxışında vurğuladı ki, harada qadınlar varsa, orada xoşbəxtlik, səadət var. Kitaba görə müəllifə minnətdarlığını bildirdi. Yazıçıya Cavid əbədiyaşarlığı arzuladı. Şair-publisist Təranə Cəbiyeva müəllifi təbrik etdi, ona yaradıcılıq uğurları arzuladı. Filologiya elmləri doktoru, Əməkdar jurnalist Qərənfil Dünyaminqızı P.Mikayılqızının “Ümmətdən millətə doğru” kitabına yazdığı məqalə haqqında danışdı və qeyd etdi ki, “Əsrin sərkərdəsi” kitabı da dəyərli kitabdır.

Şair, publisist Əzizə Ağahüseynqızı çıxışını Məmməd Aslanən şeiri ilə başladı. Müəllifə yaradıcılıq uğurları arzuladı və özünün Azərbaycan əsgərinə həsr etdiyi şeirini oxudu. AYB-nin üzvü, “Azərbaycan və Türk Dünyası Yazıçıları” Birliyinin üzvü, Səda TV-nin icraçı direktoru Hacı İlham Qurbanoğlu çıxışında qeyd etdi ki, biz bu gün azadlığımızı, firavan yaşamağımızı şəhidlərimizə, qazilərimizə borcluyuq. Ali Baş Komandan haqqında kitab yazmaq şərəfli bir işdir. O, qadın haqqında şeir oxudu.

Şair, publisist, “Ədəbi incilər” jurnalının baş redaktoru Xalidə Nuray “Əsrin sərkərdəsi” kitabına görə müəllifə təşəkkürünü bildirdi. X.Nuray “Şeir qadını” şeirini oxudu.

Həvəskar şair İsmayıl Muradov bildirdi ki, “Əsrin sərkərdəsi” kitabı möhtəşəm bir əsərdir. O, Ulu Öndər Heydər Əliyevə həsr olunan şeirini oxudu. Yazıçı Fazilə Heydərova tədbirə dəvətə görə təşəkkürünü bildirdi. Qeyd etdi ki, P.Mikayılqızını tanımaq üçün kitablarını oxumaq kifayətdir. “Ayət” qəzetinin təsisçisi və baş redaktoru Solmaz Şirin və şair Qəzənfər Mənsimoğlu müəllifi təbrik edib, yaradıcılıq uğurları arzuladılar.

Pərixanım Mikayılqızı tədbirdə iştirakına görə qonaqlara və tədbirin təşkilinə görə kitabxana kollektivinə minnətdarlığını bildirdi. O, “Əsrin sərkərdəsi” kitabını Yasamal rayon Heydər Əliyev Mərkəzinə və qonaqlara hədiyyə etdi. Tədbirin bədii hissəsində müğənni Fuad Musayev “Ey həyat, sən nə qəribəsən?”, “Mən gəzirəm hər yanı”, xanəndə Maya Cəbrayılova “Azərbaycan”, “Yaşa Azərbaycan” mahnılarını və muğamlar  ifa etdilər.

Şair, yazıçı-publisist Pərixanım Mikayılqızı M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın sosial layihələrində fəal iştirakına və 70 illik yubileyi münasibətilə Fəxri fərmanla təltif olundu. Tədbirdə Pərixanım Mikayılqızının (Muradova) yaradıcılığına həsr olunan videoçarx nümayiş olundu.

https://www.youtube.com/watch?v=N6m2bNa9pUg

 

 

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN