Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon MKS-inin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası tərəfindən “Yaşıl dünya naminə həmrəylik ili”
çərçivəsində həyata keçirilən layihəyə əsərlər təqdim edilir. Növbəti nağılı yazıçı, publisist, şair, Prezident təqaüdçüsü, M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın Fəxri oxucusu Gülzar İbrahimova təqdim edib.
“Əli, Gülü, bir də Durna quşunun nağılı”nda yazıçı uşaqların diqqətini canlıların qorunmasına cəlb etməyə çalışıb, uşaqların həyatında mühüm əhəmiyyəti olan mövzuları onlara nağıl dilində çatdırır. Nağılda ovçuluğu sevən ata bu işi oğluna da öyrətməyə çalışır. O, Əliyə ox atmağı öyrədən zaman göydə durna qatarı uçur. Ata nişan alıb quşların başçılarını vurur. Atasının bu hərəkəti qızı Gülünün ürəyincə olmur. O, qısa yolla qaçıb yaralı quşu dərədən götürür. Quşu ağacın oyuğunda gizlədərək, ona su gətirir, dən verir, yarasını sarıyır. Nağılda əvvəlcə atasının hərəkətlərini düzgün sayan Əli, sonradan fikrini dəyişir və quşları sevməyə başlayır.
Nağılı yazmaqda əsas məqsəd uşaqlara quşları sevdirməkdir. Nağıl aşağıdakı keçiddə yerləşdirilib:
https://drive.google.com/file/d/1q_zKNb_el0EwP1Gv82UWuVh52BpNR41A/view?usp=drivesdk