"Ermənistan Azərbaycanla sülhə nail olmaq üçün konstitusiyada dəyişikliklərə hazırdır..."

Tezadlar.az "Sputnik Armeniya"ya istinadla xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan BMT Baş Assambleyasının 79-cu sessiyasında çıxışı zamanı deyib. Sitat: “Azərbaycanla sülh müqaviləsi imzalansa, onun məzmununun əsas qanuna uyğunluğunu yoxlamaq üçün saziş ölkənin Konstitusiya Məhkəməsinə göndəriləcək. Əgər Konstitusiya Məhkəməsi müqavilənin Ermənistan Konstitusiyasına zidd olduğu qənaətinə gəlsə, onda biz elə vəziyyətə düşəcəyik ki, sülhə nail olmaq naminə Konstitusiya dəyişiklikləri zəruri olacaq”.

Beləliklə, Paşinyan Azərbaycanla sülh sazişi bağlayaraq Ermənistan üçün yaranmış bu tarixi şansı itirmək istəmir. Azərbaycan isə bu sülhü daim dəstəkləyib, amma Ermənistan və başıpozuq Koçaryanlar, Sarkisyanlar... zaman- zaman bizimlə silah dilində danışıblar...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA