"Rusiyanın Ukraynaya qarşı qəddar müharibəsinin nəticələrini əks etdirən şəkillərin siyasi reklam kampaniyalarında istifadə edilməsi qəbuledilməzdir"

Tezadlar.az Gürcüstan mediasına istinadla bildirir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyi Gürcüstanın hakim “Gürcü Arzusu” partiyasının seçki kampaniyasında Ukrayna müharibəsini əks etdirən bannerlərdən istifadə etməsi ilə əlaqədar yaydığı bəyanatda qeyd olunub. Sözügedən bəyanatda deyilir: “Ukrayna Xarici İşlər Nazirliyi Rusiyanın Ukraynaya qarşı apardığı amansız müharibənin nəticələrini, minlərlə günahsız insanın əzab-əziyyətini, kilsələrin və bəşəriyyətin mədəni irsinin məhv edilməsini əks etdirən görüntülərin siyasi reklamlarda istifadəsini pisləyir və yolverilməz hesab edir. Ukrayna Rusiyanın təcavüzünə müqavimət göstərdikcə gürcü xalqı yeni müharibədən qorxa bilməz. Biz Gürcüstan hökumətini, hakim “Gürcü Arzusu” partiyasını və bütün maraqlı tərəfləri Gürcüstanın daxili siyasi mübarizəsində Ukraynaya və onun vətəndaşlarına qarşı təcavüzkar müharibə mövzusundan istifadə etməkdən çəkinməyə çağırırıq”.
Xatırladaq ki, hakim “Gürcü Arzusu” partiyası oktyabrda keçiriləcək parlament seçkiləri ilə əlaqədar küçələrdə “Müharibəyə yox! Sülhü seçin!” şüarlı bannerlər və video kadırlar yerləşdirib. Bannerlərdə Ukraynada müharibə nəticəsində baş vermiş dağıntılarla Gürcüstandakı vəziyyət müqayisə olunub.

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA