27 sentyabr – Anım Günü ilə əlaqədar tədbirlər keçirildi...

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin kitabxanaları 27 sentyabr  Anım Günü ilə əlaqədar tədbirlər keçirdi. Tədbirlərdə Vətən, torpaq uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu. M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın A.Məmmədov adına 38 nömrəli tam orta məktəbdə keçirdiyi tədbiri giriş sözü ilə məktəbin məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçısı Gülnarə Vəliyeva açaraq bildirdi ki, 27 sentyabr tariximizin ən əlamətdar, ən müqəddəs günlərindən biridir. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkənin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərin qəhrəmanlığı yaddaşlarda əbədi qalacaq. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində şanlı tarix yazan oğullarımızın, şəhidlərimizin, qazilərimizin döyüş yolundan söz açan məktəbin tarix müəllimi Şölə Qayıbova onların hər birinin bir qəhrəman olduğunu və bu gün hər kəsin onlarla fəxr etdiyini, qürur duyduğunu qeyd etdi. Məktəbin kitabxana müdiri Səbinə Abbasova çıxışı zamanı bildirdi ki, Azərbaycan əsgəri müharibə günlərində əsl qəhrəmanlıq, mərdlik, şücaət, rəşadət nümunəsinə çevrildi. Mərkəzi Kitabxananın abonement bölməsinin müdiri Lalə Səlimova çıxışında bildirdi ki, 4 il öncə başlayan 44 günlük II Qarabağ müharibəsi – Azərbaycan, o cümlədən dünya tarixinə qızıl rəqəmlərlə yazılmış şanlı Zəfərimizin tarixidir. Uşaq şöbəsinin müdiri Sevil Namazova və Metodika və biblioqrafiya şöbəsinin müdiri Aysel Həsənova çıxışlarında qeyd etdilər ki, şəhidlər bizim qürur mənbəyimizdir.

Tədbirdə İnformasiya-resurs şöbəsi tərəfindən hazırlanan 27 sentyabr – Anım Gününə, Vətən müharibəsində tarixi Zəfərimizə, igid hərbçilərimizə, qəhrəman şəhidlərimizə həsr olunmuş videoçarx nümayiş olundu.

1№-li kitabxana filialının əməkdaşları 162 №-li orta məktəbin müəllim və şagirdləri ilə birlikdə İkinci Fəxri Xiyabanı ziyarət etdilər. Məktəbin müəllimi Rəna Xanlarova şəhid məzarında uyuyan igid oğullarımızın şücaəti, qəhrəmanlığı sayəsində qazanılan parlaq Zəfər haqqında məlumat verdi. Şəhidlərimizə rəhmət, qazilərimizə şəfa dilədi. Ziyarət edərkən, şəhid kapitan Sənan Kərimovun anası ilə görüşdülər. Ə.Vahid adına 1№-li kitabxana filialının əməkdaşı Lamiyə Quluzadə Telman Abbasov adına 225 №-li tam orta məktəbin IX sinif şagirdləri ilə “44 günlük müharibə: anmaq bizə vəsiyyətdir” adlı tədbir keçirdi. O, 4 il bundan əvvəl bugünku tarixdə başlanan 44 günlük Vətən müharibəsi haqqında şagirdlərə məlumat verdi.  

10

A.Şaiq adına 2 №-li kitabxana filialında “Vətən sevgisi – şəhidlik zirvəsi” adlı tədbir keçirildi. Tədbiri kitabxana filialının müdiri v.m.i.e. İradə Hüseynova açaraq bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2 dekabr 2020-ci il Sərəncamına əsasən Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq hər il sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi qeyd edilir. Tədbirdə T.Abbasov adına 225  tam orta məktəbin 7b sinifi və sinif rəhbəri Lamiyə Allahverdiyeva, şəhid  anaları Lalə Quliyeva, Hürnisə İslamova, Ətrafa Kərimova, Mənzər Tağıyeva, Hicran Tağıyeva, qazilərdən Akif Yunusov, Gülağa Cəfərov və b. iştirak etdilər.

    Tədbir iştirakçıları çıxış edərək bildirdilər ki, 27 sentyabr  2020-ci il  Vətən müharibəsindən Zəfərə gedən yolumuz idi.

X.B.Natəvan adına 4 №-li kitabxana filialında “Qəhrəmanlarımızı unutmuruq” adlı tədbir keçirildi. Kitabxana filialının  müdiri Kamilə Novruzova tədbiri açaraq bildirdi ki, Anım Günü – Azərbaycan Respublikasında  2020-ci il sentyabrın 27-dən noyabrın 10-a qədər davam edən İkinci Qarabağ müharibəsində şəhid olan qəhrəmanların  xatirəsinin anılması günüdür. Xalqımız Vətən uğrunda canını fəda etmiş qəhrəmanlarımızın xatirəsini daim uca tutur. Sonra kitabxana filialının böyük kitabxanaçısı Hilanə Babayeva çıxış edərək bildirdi ki, Azərbaycanın bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin ömür yolu bu günkü gənclərimiz üçün örnəkdir. Tədbirdə iştirak edən  qazilər Mustafa Mustafayev, Cəvahir Məmmədova, Vidadi Məlikov, İsa Musayev, Fəramət Rəhimov, İlham Cəfərov İkinci Qarabağ müharibəsindən keçdikləri döyüş yolundan, xatirələrindən danışdılar. Tədbirdə iştirak edən “Əkinçi” xeyriyyə  cəmiyyətinin üzvləri Azər Əliyev, Qumru Səlimova, ”Qadınlar” Cəmiyyətinin sədri Şükufə Qarabağlı, jurnalist Zahid Nəcəfov, ilahiyyatçı Oqtay Əkbərov çıxışlarında bildirdilər ki, böyük Qələbəmizə ilk addımın atıldığı gün heç zaman unudulmayacaq. Qəhrəmanlıqları ilə dastana çevrilmiş Azərbaycan övladlarının Vətən uğrundakı şücaəti, əzmkarlığı nəsillərə örnək olacaq.

Tədbirdə Anım Günü  ilə bağlı hazırlanan videoçarx nümayiş olundu.

Şagirdlər Vətən müharibəsinin ən yaddaqalan məqamları haqqında və Prezident İlham Əliyevin unudulmaz tvitləri barədə öz fikirlərini bölüşdülər.

Tədbirlərdə məktəblilər “Bir daha müharibə olmasın!”, “Hər zaman sülh əmin-amanlıq olsun!” şüarlarını səsləndirdilər. Şagirdlər Vətən sevgisi və  Qəhrəmanlıq haqqında şeirlər söylədilər.

Kürdəmir rayonundan olan Mərkəzi Kitabxananın fəal oxucusu Nuray Məmmədova şəhidlər haqqında şeir söylədi.

Videoçarxlara aşağıdakı linkə keçid edərək baxmaq olar:

https://www.youtube.com/watch?v=9bENSZ9JKu8

https://www.youtube.com/watch?v=4kbblFI9f9k

8

Y.Məmmədli

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA