"Təzadlar" hələ 3 ay əvvəl daxil olan şikayətlər əsasında araşdırma aparmış, fakt təsdiqini tapmışdır...

Sonra barəsində rüşvət ittihamı olan Şuşa rayonunun Hərbi Komissarı Seymur Qurbanovun vatsap nömrəsinə bu barədə yazaraq şikayətə münasibətini istəmişdik. S.Qurbanov dərhal 5 min manat aldığı şikayətçiyə zəng edərək pulu tezliklə qaytaracağına söz vermişdi... Media olaraq biz də şikayətçinin xahişi ilə həmin yazının dərcini yubatmalı olmuşduq. Lakin sonradan məlum oldu ki, S.Qurbanov bu dəfə aldatma yolunu tutub... Və aşağıda təqdim edilən məqaləni dərc etməli olduq. Elə həmin gün Respublika Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən "Təzadlar"a cavab verildi və elektron cavab məktubunda bildirilirdi ki, artıq onun barəsində xidməti araşdırmalara  başlanılıb və s.

Bu gün isə məlum olur ki, S.Qurbanov həbs edilib. Azərbaycan Baş Prokurorluğundan "Təzadlar"a verilən məlumatdan deyilir: "Hərbi Prokurorluğun İstintaq idarəsində istintaq olunan cinayət işi üzrə müvafiq əməlləri törətməsinə əsaslı şübhələr olan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Daşkəsən rayon bölməsinin rəisi vəzifəsini icra edən, mayor Əsgərov Anar Şakir oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.2-ci maddəsi ilə ittiham elan edilib, Hərbi Prokurorluğun təqdimatına əsasən, Bakı Hərbi Məhkəməsinin qərarı ilə barəsində dörd ay müddətinə həbs qətimkan tədbiri seçilib. Hazırda  istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi, o cümlədən hər bir fakta və əmələ hüquqi qiymət verilməsi təmin ediləcək. Bundan başqa, Hərbi Prokurorluğun İstintaq idarəsində istintaq olunan cinayət işi üzrə müvafiq əməlləri törətməsinə əsaslı şübhələr olan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şuşa şəhər şöbəsinin sabiq rəisi, polkovnik Qurbanov Seymur Pənah oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci, 311.3.2-ci və digər maddələri ilə ittiham elan edilib, Hərbi Prokurorluğun təqdimatına əsasən, Bakı Hərbi Məhkəməsinin qərarı ilə barəsində dörd ay müddətinə həbs qətimkan tədbiri seçilib. Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi, o cümlədən hər bir fakta və əmələ hüquqi qiymət verilməsi təmin ediləcək".

XXX 

Xatırladırıq ki, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şuşa Şəhər Şöbəsinin rəisi Seymur Qurbanovun qanunsuz əməlləri barədə "Təzadlar"a daxil olan şikayətlər əsasında yazı dərc edilmişdir... Redaksiya qanunvericiliyin tələblərinə riayət edərək həmin şikayətlər əsasında hazırlanmış yazını Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə göndərmişdir. Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən "Təzadlar"a cavab daxil olmuşdur. Rəsmi cavab məktubunda deyilir: ""Təzadlar" qəzeti redaksiyasına. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şuşa ŞŞ-nin sabiq rəisi Seymur Qurbanovun xidməti fəaliyyətində yol verdiyi ciddi nöqsanlarla bağlı dərc edilmiş yazı ilə əlaqədar bildiririk ki, o, mənfi motivlə xidmətdən xaric edilmişdir. Qanunsuz əməlləri ilə bağlı barəsində toplanmıış araşdırma materialları hüquqi qiymət verilməsi üçün Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilmişdir". 
Bu da qanunsuz əməlin nəticəsi...

"Təzadlar"

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA