Bakıya şimal istiqamətindən daxil olan nəqliyyat vasitələrinin ən çox sıxlığı həm də "20 yanvar" körpüsünün üstüdür..

Amma bu körpünün üstündə ciddi bir təhlükə mənbəyi "Təzadlar"ın əməkdaşlarının da qarşısına çıxıb. Belə ki, bir yaşlı qadın və iki körpə qız uşağı bu gün bütün günü körpünün üstündə dilənməklə məşğul olub. Onların hərəkət iştirakçılarına yaratdığı təhlükəli anları təqdim edərək COP 29 ərəfəsində düşmən dəyirmanına su tökmək istəməzdik. Amma başqa bir məsələ bizi daha ciddiliyi ilə düşündürür. Məsələ ondadır ki, həmin dilənçilərin trayektoriyası üzərində iki yerdə kameralar var. Sual yaranır: necə ola bilər ki, hətta sürücülərin saqqız çeynədiyini, kəməri düzgün bağlamadığını, yaxud sürücülərin telefondan istifadəsini və s. avtomobilin salonuna müdaxilə edərək  görən kamera operatoru gün ərzində bu dilənçiləri və onların sürücülərə yaşatdığı təhlükəni görə bilmir???

Yəqinki həmin kameraların arxasındakı operatorların qeydə aldığı qanun pozuntuları əsasında sürücülərə cərimə yazmaqla məşğul olanlar bu suala da cavab verə biləcəklər. Gözləyirik...

"Təzadlar"

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA