“Ruslar Suriyadan geri çəkilmək üçün qoşunların, silahların və hərbi texnikanın qalıqlarının yükləndiyi hərbi nəqliyyat təyyarələri karvanını yerbəyer etməkdədir... Suriyanın Xmeymim aviabazasından

Ulyanovsk, Çkalovski və Privoljski aerodromlarına marşrutlar üzrə bir neçə An-124 və İl-76MD təyyarələrinin uçuşları planlaşdırılır..."
Tezadlar.az CNN-ə istinadla bildirir ki, Rusiya əlavə donanma obyektlərini də bu köçürülmələrə cəlb edib. Xüsusilə, Baltiyskdə quru yük gəmisi "Sparta II" və böyük desant gəmisi "Alexander Shabalin"in Tartusa yola salınması üçün hazırlanmalarını əmr ediblər. Bundan əlavə, Rusiya Şimal Donanmasının böyük desant gəmiləri Aleksandr Otrakovski və İvan Qrin Aralıq dənizi üçün kurs təyin ediblər. Bundan əlavə, rusların Suriyadan geri çəkilməsi əməliyyatında freqatları “Admiral Qorşkov” və “Admiral Qolovko” da iştirak edir. Tartus limanında ruslar texnika və hərbi əmlakın təcili sökülməsini həyata keçirir. Artıq geri çəkilmənin təhlükəsizliyini təmin etmək üçün bir neçə yüz Rusiya xüsusi təyinatlısı oraya gəlib.
Eyni zamanda, o da bəlli olur ki, Suriyadakı rus kontingentinin qalıqları arasında məyusluq davam edir. Kəşfiyyat məlumatında deyilir: “Moskvalılar, hətta liderlərindən və komandirlərindən, xüsusən də təşkilati uğursuzluqlarından narazılıqlarını bildirirlər”.

Bildirilir ki, Rusiya hərbçilərinin yerləşdiyi hərbi bazalardan biri isə mühasirədədir.

Gərginlik bu fonda davam etməkdədir.

A.Məmmədli

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN