booked.netbooked.net booked.net  

Professor, AMEA-nın müxbir üzvü, Geologiya-mineralogiya elmləri doktoru, Böyük Britaniya Kral Akademiyasının fəxri üzvü Xudu Məmmədov 1988-ci ilin 15 oktyabrında vəfat etmişdir.

Xudu Surxay oğlu Məmmədov 1927-ci il dekabrın 14-də Ağdam rayonunun (Azərbaycan) Mərzili kəndində anadan olmuşdur.Ağdamda orta məktəbi bitirən Xudu Məmmədov Azərbaycan Dövlət Universitetinin Geologiya-coğrafiya fakültəsinin Geologiya şöbəsinə daxil olur, 1951-ci ildə təhsilini fərqlənmə diplomu ilə başa vurur və müəllimi Heydər Əfəndiyevin təkidi ilə Azərbaycan Elmlər Akademiyasının Kimya İnstitutuna təyinat alır .

Xudu Məmmədov gənclik – 1964 Ağdam. – WWW.USTAC.AZ

Xudu Məmmədov daha sonra SSRİ EA-nın Kristalloqrafiya İnstitutunun aspiranturasına daxil olur. Namizədlik dissertasiyasının ilkin mövzusu "Borosilikat-aksinit mineralının quruluşunun təyini” olmuşdur. Amma quruluşu açmaq üçün eksperimental materiallar alınması ərəfəsində (1952-ci il) yapon tədqiqatçıları bu mineralın quruluşunu təyin edirlər.

Xudu Məmmədovun doğma kəndindəki "Ay-Ulduz"un tarixçəsi

1955-ci ildə X.Məmmədov SSRİ EA-nın Kristalloqrafiya İnstitutunun elmi şurasında "Kristalloqrafiya və Kristallofizika” ixtisası üzrə "Ksonolit və vollastonit minerallarının kristal quruluşu” mövzusunda müvəffəqiyyətlə namizədlik dissertasiyası müdafiə edir.

Xudu Məmmədov bir neçə dəfə Con Bernalın qonağı olmuş, 1966-cı ildə isə təqribən bir il onun laboratoriyasında çalışmışdır.

Azərbaycanlı kristalloqraf-alim 1970-ci ildə geologiya-mineralogiya elmləri doktoru, 1973-cü ildə professor elmi adlarına layiq görülmüşdür.

O, 1957-ci ildən Azərbaycan Elmlər Akademiyasının Qeyri-üzvi və Fiziki Kimya İnstitutunun struktur kimya laboratoriyasının müdiri vəzifəsində çalışmışdır. Əsas elmi işləri kristallokimya sahəsindədir.

Xudu Məmmədovun anım günüdür- HƏYAT HEKAYƏSİ - Ovqat.com

1969-cu ildə Xudu Məmmədov doktorluq dissertasiyasını müdafiə etmiş, 1970-ci ildə geologiya-mineralogiya elmləri doktoru, 1973-cü ildə professor elmi adlarına layiq görülmüşdür.

Gizli otaqda meyiti tapılan Azərbaycan alimi

Xudu Məmmədov 1976-cı ildən Azərbaycan Elmlər Akademiyasının müxbir üzvüdür.

1957-ci ildən Azərbaycan Elmlər Akademiyası Qeyri-üzvi və Fiziki Kimya İnstitutunun struktur kimya laboratoriyasının müdiri vəzifəsində çalışmışdır. Əsas elmi işləri kristallokimya sahəsindədir.

DAHİ ALİMİMİZ: XUDU MƏMMƏDOV » Fedai.az

Xudu Məmmədov bir neçə illik tədqiqatların yekunu olaraq, 1960-cı ildə "Kalsium-silikatları və hidrosilikatları və hidrosilikatların kristallokimyası” monoqrafiyasını yazır.

Türk əsgərinin onu gülləlməsini istədi, tanımadığı uşağın qarşısında  zülüm-zülüm ağladı, Qarabağa görə ürəyi partladı – Dünya şöhrətli Xudu  müəllim... » Cenub.az - Regional Qazet

Xalq şairi Bəxtiyar Vahabzadə:

- Xudu içində yaşadığımız sistemin məhvə labüd olduğunu dəlillərlə sübut edirdi.
- Xudu Məmmədov ciddi adam olub, zarafatı da sevib. Çox sadə görünüşü, bir qədər məzlum baxışları diqqət çəksə də, o, ilk kəlməsindən müdrikliyini ortaya qoyurdu. (Mənbə : «Tükənməzlik» («Elm» nəşriyyatı) adlı elmi məqalələr və xatirələr toplusu)

Silikat birləşmələrindən bir çoxunun quruluşunu müəyyənləşdirmiş, həmin birləşmələr sinfi ilə boratlar, karbonatlar, yarımkeçiricilər və s. arasında kristallokimyəvi qohumluq olmasını aşkara çıxarmış, 50-dən çox üzvi liqandlı kompleks birləşmənin molekul və kristall quruluşunu öyrənmiş, tədqiqatlarında elektronoqrafiya, rentgen-spektral analiz və hidrotermal sintez üsullarından geniş istifadə etmişdir. O, 250 elmi əsərin, 10 müəlliflik şəhadətnaməsi və 3 monoqrafiyanın müəllifidir. Xudu Məmmədovun rəhbərliyi ilə 10 elmlər doktoru və 35 fəlsəfə doktoru yetişdirilib.

Yüksəkixtisaslı elmi kadrlar hazırlanmasında müstəsna xidmətləri var. Xudu Məmmədov "Şərəf nişanı" (1967), "Qırmızı Əmək Bayrağı" (1986) ordenləri, Azərbaycan SSR Ali Sovetinin "Fəxri fərmanı" və bir sıra medallarla təltif olunub.

QAZILER: Xudu Məmmədovun məzarı ziyarət edilib – FOTOLAR

Xudu Məmmədovu necə tanıyırdılar?

Xudu Məmmədov və Bəxtiyar Vahabzadə yaxın dost olublar.
Xalq şairi Bəxtiyar Vahabzadənin Xudu Məmmədov barədə söylədiyi bu xatirə Xudu Məmmədovun kimliyi haqda çox şey deyir.

“1970-ci illərin sonlarında bir gün Nurəddin Rzayevlə Xudu Məmmədovun evində qonaq idik. Söhbətimizin mövzusu əsasən Azərbaycanın gələcəyi və Türkiyə ilə münasibətləri ətrafında idi. Nədənsə söhbət hərəmizin ən müqəddəs arzusu barədə oldu. Mən dedim ki, mənim ən müqəddəs arzum Azərbaycanın güneyli-quzeyli birliyini və xoşbəxtliyini görməkdir. Nurəddin dedi ki, ən böyük və müqəddəs arzum Azərbaycanın gələcəyinin parlaq olmasını görməkdir.
Xudu isə dedi: “Ən böyük arzum budur ki, bir gün qapımız döyülsün, gedib açım görüm ki, əlində süngülü tüfəng olan türk əsgəridir. Soruşsun ki, kommunist Xudu Məmmədov burada yaşayır? Deyim ki, bəli, mənəm… Desin ki, biz Türkiyədən gəlmişik Azərbaycandakı sonuncu kommunist olan Xudu Məmmədovu güllələməyə.”( Mənbə: Aynur Tağıyeva
AMEA-nın əməkdaşın yazısından)

Professor M.İ.Çıraqov:

- Mənim bir ali məktəb müəllimim olub, o da Xudu Məmmədovdur.
- Mənim bir ali məktəb universitetim olub, o da Xudu Məmmədov Universitetidir.

Yazıçı Çingiz Aytmatov:

- Elimlə sənətin qeyri-adi uğurlarını kəşf edən, zəkası ilə canlı təbiət terminini elm tarixindən silən Xudu Məmmədovun şəxsiyyətinə də, xarakterinə də, sadəliyinə də vuruldum. Onunla tanışlığıma qismətin payı kimi baxıram.

Nobel mükafatı lauratı görkəmli alim Con Bernal:

- Canlı və cansız təbiəti vəhdətləndirən böyük alim Xudu Məmmədovdur.

Akademik Belov: "Mən Xuduya bir öyrətmişəmsə, bundan üç dəfə çox Xududan öyrənmişəm"

Xudu Məmmədovun dedikləri :

“Xalqı yaşat, onun qəlbində yaşa! Xalqın cibində yaşama ki, onu boşaldıb bir gün özün də məhv olasan.”

Mətbuat yaxşının yayılması üçündür. Pis isə özbaşına daha yaxşı yayılır.

Xalqdan uzaqlaşmaq qorxulu deyil, ona dönə bilməmək qorxuludur.

Dünyada hamı bir-birini başa düşsəydi, ədəbiyyatda komediya janrı olmazdı.

Xudu Məmmədov yaxşı oxuyan tələbələrinə tez-tez deyərmiş: Pis oxuyan yoldaşlarınıza da bir şey öyrədin, sabah sizlərə başçılıq edəcəklər.

Özüm dərdli ikən dərman gəzirəm,
Dərdi mənimkindən az olanlara
Bizim üçün o dünyadan başqa, bir də o tay var.

 Təqdim etdi: Şakir QURBANOV

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN