“Robert Köçəryan Azərbaycanı qıcıqlandırmamağı məsləhət görür və Vətən müharibəsinin başlanmasını görməmiş Nikol Paşinyanın sarsaq hərəkətləri ilə izah etməyə çalışır. Guya belə olmasaydı, danışıqlar hələ azı 30 il də davam edə bilərdi”.

Tezadlar.az xəbər verir ki, bunu Azərbaycanın sabiq Xarici işlər naziri, Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev özünün facebook səhifəsində yazıb.  O, bildirib ki, Köçəryan bir vaxtlar özü də sifətinə ağıllı ifadə verməyə çalışaraq ədalı şəkildə siyasət qrossmeysteri Heydər Əliyevə Cənubi Qafqazda yeni reallıq yarandığı və Azərbaycanın vəziyyətlə barışmaqdan başqa yolunun olmadığı haqda vəz etdiyini unudur: “Bu mənada Paşinyanla ikisi də eyni bostanın tərəvəzidir. Sadəcə o vaxtdan hazırlanan dəmir yumruq Paşinyanın və Koçaryan-Sarkisyan cütlüyünün yaman günə qoyduğu Ermənistanın adlı psevdo dövlətin başına bizim günlərdə endi. Yaxşı ki, Köçəryanla əlaltıları cəhənnəmə vasil olmayıb özləri də bunu gördülər”.


GÜNDƏM

Jurnalistler


IMAGE
HƏFTƏBECƏR
Tuesday, 19 April 2022
By Elçin Məmmədli

Vizual Xəbərlər

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA