Qarabağın bərpası ilə məşğul olan Əlaqələndirmə Qərargahının nə üçün rəsmi saytı yoxdur? Bu barədə tanınmış ekspert, Multi-Media Mərkəzinin rəhbəri Osman Gündüz sosial media səhifəsində maraqlı status paylaşıb. O.Gündüz yazır:
-Bu yaxınlarda Prezident İlham Əliyev bir qrup jurnalistlərə müsahibə verərkən ictimai nəzarət məsələlərinə xüsusi yer vermişdir. Həmçinin də Qarabağın bərpa işlərinin tam şəffaf mexanizmlər, tenderlər əsasında aparılacağını bildirib. İctimai nəzarət üçün ən gərəkli vasitə ictmai informasiyadır. Ən faydalı ictimai informasiyalar da hökumətin əlindədir. Buradan belə qənaətə gəlmək olar ki, ictimai nəzarəti gerçəkləşdirmək üçün hökumət vətəndaş cəmiyyəti və media üçün, biznes üçün, bütün maraqlı tərəflər üçün imkanlar yaratmalıdır.
Beləliklə, işğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Prezidentin 2020-ci ilin 24 noyabr tarixli Sərəncamı ilə Əlaqələndirmə Qərargahı yaradılıb. Qərargahın rəhbəri, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyevdir. Qərargah işlərin aparılması üçün İdarələrarası Mərkəz də formalaşdırıb.
Qərargah vaxtaşırı müxtəlif istiqamətlər üzrə quruculuq işlərinin aparılması, ölkə vətəndaşlarının qayıdışı, enerji təminatı, “Yaşıl enerji” məsələləri, şəhərsalma və nəqliyyat infrastrukturunun inkişafı, “Ağıllı kənd” konsepsiyasının tətbiqi və s. üzrə toplantılar, faydalı müzakirələr təşkil edir. Amma nədənsə bu sahədə informasiya təminatı yetərli deyil. Maraqlı tərəflər zəruri informasiyaları əldə etməkdə çətinlik çəkirlər. Quruculuq prosesində, tenderlərdə iştirak etmək istəyənlər üçün daha əhatəli informasiyalara, görülən və görüləcək işlərlə bağlı daha geniş məlumatlara ehtiyac var. Bu cür strateji əhəmiyyət kəsb edən qurumun- Əlaqələndirmə Qərargahının isə informasiya resursu yaradılmayıb. Düşünürəm ki, Qarabağın bərpa və yenidənqurma işlərində şəffaflığın təmin edilməsi, maraqlı tərəflərin hər birinin bu proseslərdə iştirakı, görüləcək işlər və sifarişlərlə bağlı məlumatlandırmanın öncədən təşkili üçün Əlaqələndirmə Qərargahının Katibliyi ilk növbədə qurumun internet resursunun hazırlamasına diqqət yetirməlidir.
Ümid edirəm Prezidentin ictimai nəzarət və şəffaflıqla bağlı işlərin gücləndirilməsi haqqında son çağırışlarından sonra Əlaqələndirmə Qərargahı da qeyd olunanları nəzərə alacaq.
*** 
Bəli, ekspertin söylədiyi problem həllini taparsa, tezliklə Qarabağda gedən quruculuq işlərində ictimaiyyətin iştirakçılığı da əlçatan olar...
A.Məmmədli

GÜNDƏM

Jurnalistler


IMAGE
QURAN ƏTİRLİ ANALAR
Tuesday, 19 April 2022
By Sevinc MURADXANLI
IMAGE
HƏFTƏBECƏR
Tuesday, 19 April 2022
By Elçin Məmmədli

Vizual Xəbərlər

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA