Ermənistanın siyasi rəhbərliyi, nəhayət ki, bölgədə sülhün bərqərar olunmasından kənar adam balası kimi yaşamağın mümkünsüzlüyünü anlayır. Elə bunu nəzərə alan Paşinyan "İrəvan "səmimiyyətlə" Ankara ilə münasibətləri normallaşdırmaq, diplomatik əlaqələr qurmaq və sərhədləri açmaq istəyir”, -deyə bəyanatla çıxış edib. O, onlayn mətbuat konfransında deyib ki, əvvəllər bu mümkün olmayıb və İrəvan həmin təcrübədən istifadə etməlidir. “Bu il diplomatik münasibətlərin qurulması mümkündürmü? Bilmirəm, hər şey bizdən asılı deyil. Amma hesab edirəm ki, biz belə bir nəticə əldə etsək, kifayət qədər məntiqli olardı: həm diplomatik münasibətlərin qurulması, həm də sərhədlərin açılması”. Onun sözlərinə görə, Ermənistan Ankara ilə danışıqların dinamikasını saxlamaqla Türkiyə tərəfinin Antalyada keçiriləcək diplomatik forumda iştirak etmək dəvətini qəbul edə bilər. “Artıq bizim Ermənistan-Türkiyə münasibətlərinin nizamlanması üzrə xüsusi nümayəndələrin görüşü olub. Və bu dinamika davam edərsə, o zaman Ermənistanın Antalyada keçiriləcək diplomatik forumda iştirak etmə ehtimalı yüksəkdir. Söhbəti davam etdirmək fürsətini əldən versək, məntiqsiz olardı. Qeyd edək ki, beynəlxalq ictimaiyyət münasibətlərin həlli prosesini dəstəkləyir, o cümlədən Rusiya, Aİ, ABŞ və region dövlətləri”, - Paşinyan bildirib.

Bəli, Ermənistanda anlayırlar ki, qonşularla sülh dilində danışmaq və yaşamaqdan kənar inkişaf yoxdur, ola da bilməz. Xüsusən də, yersiz ərazi iddialarına birdəfəlik son qoyulmalıdır...

A.Məmmədli 


GÜNDƏM

Jurnalistler


IMAGE
QURAN ƏTİRLİ ANALAR
Tuesday, 19 April 2022
By Sevinc MURADXANLI
IMAGE
HƏFTƏBECƏR
Tuesday, 19 April 2022
By Elçin Məmmədli

Vizual Xəbərlər

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA