Rusiya qoşunlarının artıq bir aydır bütün cəhdlərinə baxmayaraq Kiyevə yaxınlaşa belə bilmir...

Orduda baş vermiş böyük itkiləri də bura əlavə etsək, bu o deməkdir ki, Rusiya Ordusunun, başqa sözlə, Putinin hərbi gücünün nüfuzuna böyük ziyan vurulub. Elə ona görə də "Rusiya hücum əməliyyatlarının uğursuzluğuna görə Kiyevə hücum etməkdənsə, əsas diqqətini Ukraynanın şərqini ələ keçirməyə yönəldəcək", -deyən ABŞ Müdafiə Nazirliyinin yüksəkvəzifəli nümayəndəsi  “Reuters”ə bildirib ki, Rusiya qüvvələri Ukrayna Prezident Ofisi ilə danışıqlar zamanı təsir rıçaqlarına sahib olmaq üçün Ukrayna Ordusunun təsirini Donbasdan kəsməyə çalışacaq. 

Bundan əlavə, Rusiya qüvvələri Donbas bölgəsində daha aqressivləşib: “Onlar, şübhəsiz ki, bunu özlərinə prioritet ediblər, əldə edə bilmədikləri uğurların acığını çıxırlar".

A.Məmmədli