Ukrayna ilə Rusiya arasında sülh daşıqlarına cəhd edildiyi bir vaxtda Rusiya qoşunlarının Xarkovu tutmağa və JFO zonasında Ukrayna hərbçilərinə hücum etməyə hazırlaşması barədə məlumat gündəmi zəbt etdi...

Bu barədə Ukrayna Müdafiə Nazirliyinin sözçüsü Oleksandr Motuzyanik açıqlama yayıb. Motuzyanik Media Mərkəzində keçirilən brifinq zamanı əlavə olaraq bunları deyib: “Düşmən Birgə Qüvvələrin qruplaşmalarını mühasirəyə almaq və Xarkov şəhərini tutmaq üçün əsas səylərini hücum əməliyyatlarının bərpasına hazırlaşmağa yönəldib. Düşmən Slobojanski və Donetsk əməliyyat bölgələrində qərb və cənub hərbi dairələrinin qoşun qruplaşmalarını gücləndirir. Bunu həm digər hərbi rayonlardan qoşun yeritməklə, həm də səfərbərlik ehtiyatının hissələrini cəlb etməklə həyata keçirir. Düşmən həm də qoşun qruplaşmaları üçün logistik marşrutlar yaradır, sursat, raket və yanacaq ehtiyatları tutur, çoxlu sayda yaralının qəbulu üçün tibb müəssisələrini hazırlayır”.

Həqiqətən də təəccüblüdür: bunun adı isə işğalçılıqdır! Özü də dünyanın gözü qarşısında...

*** 

Tabnınmış hüquqşünas Aslan İsmayılov elə görünür bunu nəzərə alaraq özünün sosial platforma səhifəsində yazıb: "...Dünya tarixində bu günkü Rusiya hakimiyyətinin təmsilçiləri kimi həyasız insanlar heç vaxt olmayıb. Bunlarda nə nə vicdan, nə də insan əlamətləri yoxdur. Özü də bu sahədə hamısı say-seçmədirlər. “Biz Ukraynaya hücum etməmişik”, “Ukrayna müharibəni başlayıb, indi də özü dayandırsın” sözlərindən sonra bu gün “Buça hadisələrini Ukrayna özü təşkil edib” deyirlər...".

Çox təəssüflər...

A.Məmmədli