Rusiyanın Ukraynaya qarşı ildırım sürətli müharibəsində əsas və strateji məqsədi Kiyevi tutmaq idi...

Hətta Rusiya Prezidenti V.Putin müharibəni 3 günə sona yetirəcəyini demişdi. Amma  artıq 44 gün arxada qalıb və bu istək nəinki baş tutmayıb, əksinə, rus qoşunları Ukrayna ərazisindən çıxmaqdadır... ABŞ-ın müdafiə naziri Lloyd Austin də bildirib ki, Rusiya Federasiyası diqqətini Ukraynanın şərqinə və cənubuna çevirdiyi üçün Rusiya prezidenti Vladimir Putin Kiyevi ələ keçirmək cəhdindən “yəqin ki, imtina edib”. Tezadlar.az “Avropa həqiqəti”nə istinadla bildirir ki, bu barədə “Defence News” yazıb. Ostin Senatın Silahlı Qüvvələr Komitəsinin iclasında deyib: "Putin həqiqətən Ukraynanı tez bir zamanda ala biləcəyini, paytaxtı çox tez ələ keçirəcəyini düşünürdü, lakin yanıldı... Düşünürəm ki, Putin, yəqin ki, paytaxtı ələ keçirmək səylərindən əl çəkib və indi diqqətini ölkənin cənub və şərqinə yönəldib” deyən Ostin, müharibənin növbəti mərhələsinə qədəm qoyduğu üçün Pentaqonun diqqətini Ukrayna qüvvələrinin silahlandırılmasını davam etdirməyə yönəltdiyini bildirib.
 Xatırladaq ki, bir gün əvvəl NATO-nun baş katibi bildirib ki, Rusiya prezidenti Vladimir Putin Ukraynaya nəzarət etmək planından əl çəkməyib və Donbası ələ keçirmək üçün əsas qüvvələri şərqə doğru aparır. ABŞ və digər Qərb ölkələrinin rəsmilərinə görə isə, Rusiya prezidenti Vladimir Putin qoşunların bu istiqamətdə çıxarılmasına baxmayaraq, Kiyevin ələ keçirilməsindən ola bilər ki, hələlik qəti imtina etməyib.

Ukrauna-Rusiya cəbhəsində isə döyüşlər, hərbi əməliyyatlar davam edir.

A.Məmmədli