Dünən axşam Fransa Rusiyanın Ukraynaya fevralın 24-də müdaxiləsi səbəbindən dondurulmuş 23,7 milyard avro və ya 25,6 milyard dollar dəyərində Rusiya aktivlərinin ətraflı siyahısını dərc edib. Teazdlar.az CNN-ə istinadla bildirir ki, bu barədə Fransa Maliyyə Nazirliyi məlumat dərc edib. Nəşr bildirir ki, dondurulmuş aktivlərin əsas hissəsi Rusiya Mərkəzi Bankının aktivləridir ki, onların dəyəri nazirliyin məlumatına görə, 22,8 milyard avro təşkil edir. Aktivlər siyahısına həmçinin Fransa Rivierasındakı Antibes, Saint-Jean-Cap-Ferrat və Saint-Tropezdəki bir sıra kurort ünvanları da daxil olmaqla 573,6 milyon avro dəyərində 33 mülk, həmçinin 178 milyard avro daxildir.

Rusiya sanksiyalar məngənəsindədir. Müharibənin Rusiyaya gətirdikləri hələki bunlar oldu...

A.Məmmədli