Polşa, Litva, Latviya və Estoniya prezidentləri bu gün Ukraynaya gəlirlər və prezident Vladimir Zelenski ilə görüşmək üçün Kiyevdə olacaqlar...

tezadlar.az “European Pravda” və TVN24-ə istinadən bildirir ki, bunu Polşa Prezidentinin Aparatının beynəlxalq siyasət şöbəsinin rəhbəri Yakub Kumoç deyib. O, bildirib ki, Polşa prezidenti Anjey Duda, Litva prezidentləri Gitanas Nauseda, Latviya Egils Levits və Estoniya Alar Karisin müşayiəti ilə Ukraynadadır. Liderlər Zelenski ilə görüşməyə hazırlaşır. Polşa prezidentini müşayiət edən Kumoh isə "Məqsədimiz bu ölkə üçün həlledici məqamda prezident Zelenskiyə və Ukraynanın müdafiəçilərinə dəstək olmaqdır" -deyib. 
Xatırladaq ki,  Polşa səfərin təşkilatçısıdır və Ukrayna ilə birlikdə onun logistika və təhlükəsizliyini təmin edir. Polşa, Litva, Latviya və Estoniya prezidentlərinin Kiyevə səfəri Rusiya təcavüzü başlayandan bəri dövlət başçılarının Ukrayna paytaxtına ilk səfəri olacaq. Duda və Nauseda Zelenski ilə sonuncu dəfə Kiyevdə müharibə ərəfəsində görüşüblər.

A.Məmmədli