Xarkov hərbi Komendatlığının rəhbəri Oleq Sinegubov bildirib ki, bu gün Ukrayna səmasında düşmənin iki təyyarəsi vurulub.

Tezadlar.az bildirir ki, bu barədə Sinegubov Telegram-da açıqlama verib. Sitat:: "Bu gün Ukrayna Silahlı Qüvvələrinin mobil bölmələri Xarkov vilayətinin yaşayış məntəqələrinə hücum edən 2 Rusiya təyyarəsini vurub. Biz gecə-gündüz Xarkov vilayətini müdafiə edən Ukrayna Silahlı Qüvvələrimizə inanırıq".
 Qeyd d edək ki, Ukrayna Hərbi Hava Qüvvələri Komandanlığının mətbuat mərkəzi bu məlumatı təsdiqləyib. Yəqin ki, söhbət Su-34 və ya Su-30 təyyarələrindən gedir.

CNN məlumat yayıb ki, Rusiya hərbi hava qüvvələri son vaxtlar intensiv olaraq ağır itki verməkdədir...

A.Məmmədli