Ukraynanın bir qrup xüsusi təyinatlıları İzyuma gedən rus hərbi texnika karvanın və körpünü partladıb.

Tezadlar.az «Ukrainskaya pravdaya» istinadla bildirir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Xüsusi Əməliyyat Qüvvələrinin komandanlığı Facebook-da foto və video paylaşımı edib. Məlumatda qeyd edilir ki, komandanlıq əməliyyatın dəqiq başlama tarixini göstərmir, yalnız aydınlaşdırır ki, bir neçə gün əvvəl Xarkov vilayətində düşmənin əlavə texnikası – “Tiqr” zirehli maşını, “Kamaz” və 3 “Ural” aşkar olunaraq və məhv edilib. «…Ruslarla birgə körpünü göyə uçurandan sonra PUA-ların köməyi ilə hədəfin görüntüləri təsdiqlənib».

A.Məmmədli