Rus hərbçilərinə qan udduran Ukraynanın "Azov batalyonu" daha bir əməliyyata imza atıb... 

Tezadlar.az "Ukrainskaya pravda"ya istinadla bildirir ki, dünən Ukrayna qüvvələrinin Mariupolda Rusiya hərbi karvanına hücumunu əks etdirən yeni video yayımlanıb. Pilotsuz təyyarə ilə çəkilmiş videoda altı avtomobildən ibarət karvanın Mariupoldakı “Metallurqlar prospekti” ilə hərəkət etdiyi görünür. Videoda ukraynalı əsgərlərin karvan istiqamətində necə atəş açması əks olunub. Bundan sonra videoda “Z” işarəsi olan rus avtomobillərinin necə yanması göstərilir. Videoda Ukrayna əsgərlərinin maşınlardan biri ilə kərpic divar arasında qaçan rus əsgərlərinə qumbaraatanlardan atəş açması da təsvir edilir... "Azov batalyonu" hətta Kadırovun batalyonuna bir toy tutmuşdu, gəl görəsən. O vaxtdan kadırovun səsi çıxmır...

A.Məmmədli

Tezadlar.az həmin video kadırları təqdim edir: