“Tərtər işi” ilə bağlı təqsirləndirilən şəxs qismində tanınmış, lakin öldüyünə görə cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilmiş hərbçi Elçin Quliyevə bəraət verilib.

 

TEZADLAR.AZ xəbər verir ki, bu barədə report-a hərbçinin anası Validə Əhmədova bildirib.

 

Qeyd edək ki, E.Quliyev Tərtərdə N saylı hərbi hissənin 2-ci taborunun maddi-texniki təminat taqımının müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olub. O, 2017-ci il ağır fiziki və psixoloji işgəncələrə məruz qalaraq ölüb.