Rusiya Müdafiə Nazirliyi bildirir ki, Plesetsk kosmodromunda silosdan “Sarmat” qitələrarası ballistik raketinin sınaq buraxılışı həyata keçirilib. Sınaq barədə prezident Vladimir Putinə məruzə edilib və buraxılışın videosu nümayiş olunub.

Tezadlar.az RİA Novosti -yə istinadən bildirir ki, bu barədə rəsmi Kreml məlumat yayıb:  "Dünyada analoqu yoxdur və uzun müddət olmayacaq. Bu unikal silah Silahlı Qüvvələrimizin döyüş potensialını gücləndirəcək. Bu, Rusiyanın təhlükəsizliyini xarici təhdidlərdən etibarlı şəkildə təmin edəcək".

CNN yazır ki, əslində, bu hadisə Ukraynadakı müharibədə maraqlı olan ölkələrə dirəniş göstərmək məqsədi daşıyır.

A.Məmmədli