Ukrayna cəbhısində döyüşlər davam edir... Baxmayaraq ki, Pasxa bayramı ilə bağlı atəşkəs elan edilməsi qərara alınmışdı...

Sakit dayanmayan rus ordusu isə cavab alaraq yerində oturdulur. Belə ki, Ukrayna Milli Qvardiyanın Zaporojye vilayətində MANPADS bazasında yerləşən hava hücumundan müdafiə bölməsi Rusiyaya məxsus K-52 “Alliqator” helikopterini məhv edib. Tezadlar.az "Ukrainskaya pravda"ya istinadla bildirir ki, bu barədə Milli Qvardiyanın komandanlığı məlumat yayıb. Bildirilir ki, “Bu, Rusiya hərbi aviasiyasının xidmətdə olan ən yeni bölmələrindən biridir. Helikopter tank əleyhinə raket sistemi, lazer yönləndirmə sistemi olan top qurğusu, hava bombaları və digər silahlarla təchiz edilib".

Amma nə fayda, Ukraynanın ABŞ-dan aldığı yeni silahların qarşısında belə bu cür müasir helikopterlər acizdir...

A.Məmmədli