Tverdə Rusiya Federasiyası Müdafiə Nazirliyinin 2-ci Mərkəzi Elmi-Tədqiqat İnstitutunun əsas binası yanıb.

Tezadlar.az İnterfaks-a istinadla bildirir ki, yanğın zamanı 2 nəfər ölüb, 30-a yaxın insan yaralanıb. İtkin düşənlər də var. Yanan müdafiə elmi-tədqiqat institutunun damı uçub. Yerli media daha sonra 7 nəfərin öldüyünü bildirir... 

Qeyd edək ki, Tverdəki Elmi-Tədqiqat İnstitutu naviqasiya cihazlarını, idarəetmə sistemlərini, yer, hava və kosmosda olan nəqliyyat vasitələrinin istiqamətini bildirən hava və aerokosmik müdafiə silahları nəzəriyyəsinin inkişafı mərkəzidir. 

Rusiya Müdafiə Nazirliyi isə hələki rəsmi münasibət bildirməyib. Sosial şəbəkələrdə isə bunun ukraynalı müdafiəçilər tərəfindən törədildiyi yazılır.

A.Məmmədli