Bu gün MEDİA Agentliyi yeni layihəsi-onlayn mediamız üçün milli sayğacların tətbiqi layihəsinin təqdimatını etdi...

Olduqca unikal bir layihədir. Medianın İnkişafı Agentliyinin komandasına eşq olsun. Layihə METRİX şirkətinin dəstəyi ilə reallaşdırılacaq. Bu layihə imkan verəcək ki, bütün veb saytlara ziyarətçilərin sayını müəyyənləşdirmək üçün milli sayğacımızla şəffaf şəkildə nəzarət etmək mümkün olsun. Qeyd edək ki, indiyədək bir çox saytlar süni baxış sayı ilə qeyri -şəffaf mühit yaradaraq faktiki olaraq oxucunu-ziyarətçini aldatmağa cəhd edirdi. Bu da rəqabət mühitində anormallıq yaradırdı... 

***

 Təbrik çıxışı edən Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov fərqli istiqamətlərdə həyata keçirilən islahatların davamı olaraq onlayn media subyektləri üçün də əlavə reklam fürsətlərinin yaradılmasında xüsusi rolu olacaq bu layihənin əhəmiyyətli tərəflərinə toxundu. O, bu sahədə media təhlili platformasının əhəmiyyətini xüsusi olaraq qeyd etdi. Ə.İsmayılov bildirdi ki, bundan sonra milli sayğac vasitəsilə veb-saytların reytinqinin müəyyənləşdirilməsi əlçatan olacaq və bu da öz növbəsində biznes strukturları üçün etibarlı data bazasını formalaşdırmaqla yeni istiqamətlər müəyyənləşdirəcək.

Sonra MEDİA Agentliyinin onlayn media və rəqəmsal marketinq üzrə eksperti Fəxri Eminov media təhlili platforması olan “Metrix.az” layihəsinə dair ətraflı və izahlı məlumatı diqqətə çatdırdı... Həmçinin "Metrix"lə müştərək əməkdaşlığın yaratdığı imkanlardan danışdı.

 Bundan sonra adı çəkilən şirkətin rəsmi nümayəndələri danışdılar, layihə barədə məlumatlar verdilər. 

Sonra ayrı-ayrı sayt rəhbərlərinin layihə ilə bağlı sualları cavablandırıldı.

***

 “Metrix” təhlil platforması 50-dən çox yerli informasiya veb-saytı və keçirilən sorğular vasitəsilə ölkədə ən çox oxunan xəbərləri, günün trendlərini və müxtəlif digər statistik məlumatları özündə ehtiva edir.

Tədbirdə "Təzadlar" qəzetinin və tezadlar.az saytının rəhbəri Asif Mərzili də iştirak edir.

JASMİN