Saakaşvilinin təbrik və hədiyyəsini millət vəkili Nona Mamulaşvili çatdırıb.

Həbsdə olan eks prezident Mixeil Saakaşvili, Ramazan bayramı münasibətilə Marneulidə yaşayan ehtiyaclı müsəlmanlara bayram sovqatı göndərib.

Gürcüstan KİV-nin məlumatına görə,  Saakaşvilinin təbrik və hədiyyəsini millət vəkili Nona Mamulaşvili çatdırıb.

Mamulaşvili "VMH" üzvü Aqil Mustafayev ilə birgə Marneuli İmam Əli (ə) məscidinin axundu Hacı Hacıyev və Ümumi Gürcüstan Müsəlmanları Ali Dini İdarəsinin sədri seyid Mirtəqi Əsədovla görüşüb. Saakaşvilinin istəyi ilə Marneuliyə səfər etdiyini deyən N. Mamulaşvili, burada yaşayan müsəlmanları Saakaşvilinin adından bayram münasibətilə təbrik edib və onun şəxsi hədiyyəsini İmam Əli (Ə) məscidinə təqdim edib. Görüş zamanı müsəlmanların problemlərini dinləyən vəkil bununla məşğul olacağını və parlamentdə səsləndirəcəyi barədə vəd verib.

TEZADLAR.AZ