Rusiya prezidenti Vladimir Putin İkinci Dünya Müharibəsində Qələbə Paradında Qərbə qiyamət xəbərdarlığı göndərəcəyini bəyan etmək istəyir...

Tezadlar.az Reuters-ı istinadla bildirir ki, sən demə, Putinin 9 mayda qoşunların, tankların, raketlərin və qitələrarası ballistik raketlərin paradından əvvəl Qırmızı Meydanda çıxış edəcəyi qeyd edilir. Paradda səsdən sürətli döyüş təyyarələri, TU-160 strateji bombardmançı təyyarələr və 2010-cu ildən bəri ilk dəfə olaraq nüvə müharibəsi baş verəcəyi təqdirdə Rusiyanın ali rəhbərliyini daşıyacaq qiyamət günlü İl-80 komanda təyyarəsi iştirak edəcək.

Maraqlıdır ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin məlumatında belə deyilir. Hansı ki, bu ssenaridə İl-80-in Rusiya prezidentinin mobil komanda mərkəzinə çevrilməsi nəzərdə tutulur. Onun hərbi-texnoloji nümunələrlə doldurulduğu iddia edilir, lakin konkret detallar Rusiya Federasiyasının dövlət sirridir.
Tezadlar.az CNN-ə istinadla onu da əlavə edir ki, mayın 9-u ərəfəsində artıq Moskvada və Qərb paytaxtlarında Putinin Ukrayna ilə bağlı hansısa xüsusi bəyanat, bəlkə də birbaşa müharibə elanı və ya hətta milli səfərbərlik hazırlaması barədə şayiələr yayılıb. Kremlin sözçüsü Dmitri Peskov isə bu ittihamları rədd edərək, onları “cəfəngiyyat” adlandırıb.
Peskov Kreml Putinin Vladimir Leninin məqbərəsi qarşısındakı Qırmızı Meydandakı kürsüdən səsləndiriləcək çıxışında nə deyə biləcəyi ilə bağlı şərh sorğusuna isə cavab verməyib.
A.Məmmədli