“Roskosmos”un rəhbəri Dmitri Roqozin NATO-ya daxil olarsa, Finlandiya və İsveçə strateji raket sisteminin vurulacağı ilə bağlı “zarafat edib”.

Tezadlar.az  "Ukrainskaya pravda"ya istinadla bildirir ki, Roqozin özünün Telegram səhifəsində paylaşım edib. Sitat: "Rusiyanın Finlandiya və İsveçə qarşı heç bir düşmən niyyəti yoxdur", -deyə Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko bildirib. “Sarmat”ın da NATO ölkələrinə qarşı qərəz və düşmənçilik niyyəti yoxdur.
Bu, sadəcə bir zərurətdir”.
Xatırladırıq ki, RS-28- “Sarmat” beşinci nəsil Rusiya istehsalı olan strateji raket sistemidir və ağır çoxpilləli maye yanacaqlı qitələrarası ballistik raketdir. 

Rusiyanın isə Ukraynaya qarşı müharibəsi davam edir...

A.Məmmədli