Fransanın əmək, məşğulluq və inteqrasiya naziri Elizabet Born Fransanın yeni Baş naziri təyin edilib.

TEZADLAR.AZ xəbər verir ki, Fransanın 61 yaşlı yeni Baş naziri Elizabet Born 32 ildən sonra ilk qadın Baş nazirdir.

Qeyd edək ki, E.Born körpü tikintisi üzrə mühəndis olub. 2013-2014-cü illərdə Ekologiya Nazirliyində kabinet direktoru, 2017-ci ildə Eduard Filip hökumətinə nəqliyyat naziri, 2019-cu ildə ekoloji keçid və həmrəylik naziri olub. 2020-ci ildən isə əmək, məşğulluq və inteqrasiya naziri vəzifəsində çalışıb.

AZƏRTAC