booked.netbooked.net booked.net  

Əfqanıstanda ikinci dəfə hakimiyyəti ələ keçirən “Taliban” hərəkatı hökumətinin, guya bir sıra dövlət qurumlarını, o cümlədən nümayəndəlikləri ləğv edib.

Bu barədə məlumat yayan The Khaama Press agentliyi hərəkat liderlərinin imzaladığı müvafiq sənədin fotosunu da dərc edib.

TASS-ın yaydığı məlumata görə, agentlik iddia edir ki, “taliblər” Milli Təhlükəsizlik Şurasını, Milli Barışıq Ali Şurasını, Milli Məclisi  -Parlamenti buraxıb, həmçinin insan haqları, konstitusiyaya yenidən baxılması komissiyalarını və parlamentin hər iki palatasının katibliklərini ləğv edib.

Sənəddə həm də, Taliban kabinetinin baş naziri Məhəmməd Həsən Axundun da imzası var. Qərarın özünü “Taliban”ın ali lideri Molla Hibətullah Axundzadənin verdiyi iddia edilir.

Eyni zamanda “taliblər” Konstitusiyanın İcrasına Nəzarət üzrə Müstəqil Komissiyanı qüvvədən salıb.

“Həşt-e Subh” qəzeti isə hesab edir ki, dövlət qurumlarının buraxılması ilə bağlı qərar büdcənin hazırlanması və qəbulu ilə bağlı işlərlə əlaqədar ola bilər, hansı ki, bu müddət ərzində dövlət aparatında islahatlar, o cümlədən bir sıra qurumların ləğvi və ya fəaliyyətinin dayandırılması müzakirə edilib.Və məmurlar və bürokratlar arasında ixtisarların digər qurumlara da təsir etdiyi iddia edilir.

Xatırladaq ki, ilk dəfə 1996-cı ildə Əfqanıstan ərazisinin böyük bir  hissəsi “Taliban” qruplaşması tərəfindən ələ keçirildi ki, nəticədə dövlət 5 ilə yaxın müddət ərzində Əfqanıstan İslam Əmirliyi adlı totalitar rejimin idarəçiliyinə keçdi. Həmin dövrdə də ölkəni “şəriət qanunları” ilə idarə edən taliblər ağlasığmaz qadağaları və "qanunları" ilə yaddaşlarda qaldı...

 Bu “qanunlardan” əsas zərər görən - dəhşətli günlər, illər yaşayan isə əfqan qadınları oldu.

Bu gün onlar yenə gəliblər... Və yenə də hakimiyyətdə təmsil olunurlar.

Ikinci  gəlişləri, 2021-ci il avqustun 15-də paytaxt Kabili ələ keçirdikdən sonra baş tutdu...

“Taliban”ın hakimiyyətə gəlişi o zaman da, indi də ilk növbədə  qadınların həyatına – təhsilinə, geyiminə, işinə… təsir etməkdədir. Onlar hakimiyyətə ikinci gəlişlərində fərqli siyasət yürüdəcəklərinə söz versələr də, lakin bu sözü tutmadılar. Artıq bu ölkədə qadınların hüquq və azadlıqları məngənə altındadır. Əfqanıstan qadınları günbəgün çarəsizliyə düçar olurlar. Və hər nə qədər aksiyalar keçirməklə hüquq və azadlıqlarının qorunmasını tələb etsələr də, hələ ki, buna nail olmağın o qədər də asand olmayacağı görünür.

Qeyd edək ki, Rusiya – Ukrayna müharibəsinin başlanması dünyanın diqqətini  Əfqanıstandan  -“Taliban” dan yayındırıb.

Təklənmiş  Əfqanıstan əhalisi, əsasən qadınlar  yeni hökumətin verdiyi qərarlara boyun əymək zorunda qalıblar…

JASMİN

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN