booked.netbooked.net booked.net  

İraq Kürd Regional Rəhbərliyi (İKRR) Təhlükəsizlik Şurası hücuma hazırlaşan separatçı terror təşkilatı PKK-ya bağlı bir qrupun ələ keçirildiyini açıqlayıb.

TRT-nin məlumatına görə, rəhbəriliyin rəsmi "Facebook" səhifəsində mövzu ilə bağlı Şuranın bəyanatı yer alıb.

Bəyanatda peşmərgə silahlılarına, inzibati binalara və bəndlərə raketlərlə hücum etməyə hazırlaşan separatçı terror təşkilatı PKK-ya bağlı qrupun ələ keçirildiyi bildirilib.

Bundan əvvəl İKRR Təhlükəsizlik Şurası aprelin 26-da da PKK-nın İKRR-yə qarşı “təhlükəli bir planının” qarşısının alındığını, çoxlu sayda hərbi və partlayıcı materialın ələ keçirildiyini açıqlamışdı.

TEZADLAR.AZ

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN