booked.netbooked.net booked.net  

...Son günlər Ermənistanda revanşist meyillərin artması, keçmiş hakimiyyət nümayəndələri tərəfindən yox, həm də Paşinyan hakimiyyətinin bəzi üzvləri tərəfindən də özünü büruzə verir. Ermənistan dövləti və cəmiyyəti 44 günlük müharibədə aldığı ağır məğlubiyyətindən hələ özünə gələ bilmir, psixoloji zərbənin yaralarını bağlaya bilmirlər. Xaricdəki erməni lobbiçilərinin təsiri və maliyyəsi ilə intensivləşən etiraz aksiyaları isə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasının qarşısını almağa, revizionist əhval-ruhiyyəni məqsədli şəkildə qızışdırmağa xidmət edir. Baş verən hadisələr, eyni zamandas bu ölkədə dövlətçilik ənənələrinin hələ də formalaşmadığını və siyasi sistemin təşəkkül tapmadığını, erməni xalqının kortəbii kütlə düçüncəsindən uzağa getmədiyini göstərir.
Revanşizm xəstəliyinə yoluxmuş Ermənistan ərazi iddialarını yenidən alovalandırmaqla, küçələrə tökülüb indiki hakimiyyəti aşırmağa qalxan ermənilər elə bilirlər ki, yeni hökumət qurulacağı halda Qarabağı yenidən işğla edə biləcəklər. Bu, uptopiyadır, xam xəyallardır. Hazırda kütləni küçə və meydanlara toplayan Serj Sarkisyanın və Köçəryanın, sabiq Baş Qərargah Xaçaturovun və onların oğlanlarını sözsüz ki, Ermənistanın milli maraqları düşündürə bilməz, onlar öz korporativ korripsioner niyyətlərinə çatmaq üçün bu canfəşanlığa əl atırlar.
Ermənistanın dövlətinin və cəmiyyətinin tutduğu yol uçuruma aparır, erməni xalqı özü bilmir ki, hara gedir. Bu ölkədə müxtəlif siyasi qrupların hər birinin siyasi xətti Ermənistan dövlətçiliyinin qorunmasına deyil, fəlakətinə xidmət edir. Azərbaycan və Türkiyə ilə düşmənçilik, Rusiya ilə qeyri-səmimi münasibətlər, Qərbə qarşı riyakar siyasət bu ölkənin hələ də formalaşmayan dövlət simasını göstərir. Yəni, Ermənistan konkret və dayanıqlı siyasi xətti, diplomatiyası yoxdur, milli dövlət modeli qurulmayıb.
 Ermənistanın sülh sazişini imzalamasında siyasi iradə nümayə etdirə bilməməsi, müxtəlif dövlətlərin təsiri altında siyasi oyuncağa çevrilməsi bir daha bu ölkədə milli dövlətçilik prinsipinin, vahid dövlət iradəsinin və əxlaqının mövcud olmadığını təsdiqləyir. Eyni zamanda, baş verən hazırkı proseslər də son 4 ildə Ermənistanda siyasi sabitliyin təmin edilmədiyinə, xalqın davamlı olaraq səngiməyən etiraz aksiyaları dövlətçilik institutu anlayışının yoxluğuna dəlalət edir.
Ermənilər bu cü xaotik aksiyalarla öğzlərini aldadırlar, nə indidki hakimiyyətin, nə də ki, Paşinyana qarşı olan “müxalifət”in, Köçəryan-Sarkisyan qruplaşmasının Qarabağı yenidən işğal etməyə cəsarəti və gücü yoxdur. Azərbaycanın Ali Baş Komandanı, Müzəffər Sərkərdə İlham Əliyevin “Dəmir Yumruğu” onların başı üzərindədir.
Ermənistanın yolu, nicatı Azərbaycanla normal münasibətlər qurmaq, Azərbaycanın güclü nufuzundan istifadə edərək regionda öz sabitliyini qorumaq, ölkəmizin inkişaf proqramlarından faydalanmaqdır. Cənab Prezident İlham Əliyevin də bəyan etdiyi kimi bu gün Azərbaycan regionda yeni reallıqlar yaradıb. Məhz bu reallıqdan irəli gələrək regionun daimi sülh və əmin-amanlq şəraitində inkişafı üçün ölkəmiz tərəfindən əməkdaşlıq təklifləri irəli sürülüb. Öz gələcəyini ağıllı şəkildə dəyərləndirə bilən erməni hökuməti və xalqı bu təklifi müsbət dəyərləndirməlidir. Çünki bu əməkdaşlıq hamıdan daha çox bir dövlət olmaq astanasında olan Ermənistana lazımdır.
Ermənistanın yaxın strateji müttəfiqinin və etibarlı dostunun olmamasının nəticəsidir ki, mühüm regional və qlobal məsələlərdə tək qalır. Xarici ölkələrdəki erməni diasporasının hesabına mövcudluğunu qoruyan və dəstək alan bu ölkə yerləşdiyi coğrafiyada da təkdir, qlobal nəqliyyat-tranzitlərdən, beynəlxalq layihələrdən kənarda qalıb. Ona görə də, haqlı olaraq Ermənistanı bədnam ölkə adlandırırlar.
Ermənistanın inkişafı isə onun özündən, qonşu ölkələrə olan münasibətindən asılı olacaq. Azərbaycan dövləti və Cənab İlham Əliyev onların bütün planlarının və ideoloji əsaslarını darmadağın edib. Azərbaycan Prezidentin Ermənistana bu günlərdə növbəti xəbərdarlığı onlar üçün dərs olmalıdır. Çünki Azərbaycanla və Türkiyə ilə əlaqələri normallaşdırmadan Ermənistan inkişaf edə bilməz. Bu, Ermənistan üçün son şansdır. Ya ölkə sülh yolu tutaraq regional birliyə qoşulacaq, ya da daha ağır dalana dirənib acınacaqlı vəziyyətə düşəcək.
Vaqif ABDULLAYEV,
PROFESSOR
Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN