Tezadlar.az saytında dərc olunan "Sahibkar Prezidentə şikayət etdi: "Rəis deyir ki, gəlib məni görsün..."" başlıqlı yazıya Daxili İşlər Nazirliyindən reaksiya verilib.

DİN-dən redaksiyamıza daxil olan rəsmi cavabda deyilir: "Tezadlar.az saytında dərc olunan "SAHİBKAR PREZİDENTƏ ŞİKAYƏT ETDİ: "RƏİS DEYİR Kİ, GƏLİB MƏNİ GÖRSÜN..."" – sərlövhəli yazı ilə bağlı bildiririk ki, magistral yolun üzərində yerləşən həmin ərazidə sözügedən "TIR"ların parklanması digər nəqliyyat vasitələrinin hərəkətinə maneə yaratdığı, yolda görüntünü məhdudlaşdırdığı üçün və bununla bağlı sakinlərdən daxil olan çoxsaylı müraciətlər nəzərə alınaraq həmin yük avtomobilləri Rayon İcra Hakimiyyəti tərəfindən ayrılmış daha rahat və təhlükəsiz ərazidə yerləşən "TIR" parkına istiqamətləndirilib. Səsləndirilən iddialar əsassızdır və heç bir əsası yoxdur.

Hörmətlə: DİN-in Mətbuat Xidmətinin Lənkəran regionl qrupunun baş inspektoru, polis baş leytenantı Məhəmməd Rzayev".

E.ŞİRİNOV

 


GÜNDƏM

Jurnalistler


IMAGE
HƏFTƏBECƏR
Tuesday, 19 April 2022
By Elçin Məmmədli

Vizual Xəbərlər

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA