Rusiya Xarici İşlər Nazirliyi Qərb siyasətçilərini Rusiya Federasiyasının məğlubiyyətindən danışarkən “məktəbdə zəif oxumaqda və Rusiyanın nə olduğunu bilməməkdə” ittiham edib.


Tezadlar.az CNN-ə istinadla bildirir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov  “RİA Novosti” və “Lenta”ya açıqlamasında bildirib? Sitat: “Deyirlər ki, Rusiya “məğlub olmalıdır", Ukrayna Rusiyaya qalib gəlməlidir” və onlar Rusiyanın “döyüş meydanında uduzmasını” təmin etməlidirlər... Yəqin ki, onlar (siyasətçilər) məktəbdə yaxşı oxumayıblar,  keçmişi və Rusiyanın nə olduğunu başa düşmək istəmirlər".