"Mənim üçün gürcü xalqı necə əzizdirsə, Azərbaycan xalqı və dövləti də bir o qədər əzizdir".

Bu sözləri “Vahid Gürcüstan” partiyasının lideri Nino Burcanadze, Tbilisidə Azərbaycanın Müstəqillik Gününə həsr olunan tədbirdə 24News.ge xəbər portalına müsahibəsində bildirib. O, Azərbaycanın Gürcüstan üçün vacib tərəfdaş olduğunu qeyd edib: "Gürcüstan üçün Azərbaycanın strateji əhəmiyyəti çox vacibdir. İki ölkə arasında bir sıra siyasi və iqdisadi əlaqələr və ən əsası dostluq münasibətləri mövcuddur. Azərbaycanla bu dərin dostluq münasibətlərimiz nəinki belə davam etməli, hətta daha da dərinləşdirilməlidir. Mən azərbaycanlı dostlarımızı müstəqillik günü münasibətilə səmim qəlbdən təbrik edirəm. Hər il bu günün uğur, inkişaf və rifah gətirməsini diləyirəm", - deyə N. Burcanadze qeyd edib.

Xatırladaq ki, Nino Burcanadze Gürcüstan Parlamentinin keçmiş sədri olub.

TEZADLAR.AZ