Nəhayət, siyasi partiyalardan birinin sədri və onun ərazi şöbəsinin rəhbəri sahibkarın regional təşkilatın rəhbər vəzifəsinə təyin edilməsi

və siyasi karyerasında sonrakı dəstək üçün pulunu ələ keçirməyə cəhd edərkən ifşa olunaraq saxlanılıb. Tezadlar.az «Ukrainskaya pravda»ya istinadla bildirir ki, əməliyyatı Kiyev Şəhər Prokurorluğu, Metropoliten Polisi həyata keçirib. Sitat: “İstintaq orqanının məlumatına görə, “Bizim torpaq” siyasi partiyasının rəhbəri həmin partiyanın ərazi təşkilatının rəhbəri ilə əlbir olaraq sahibkardan Ali Radaya seçkilərdə siyasi partiyanın siyahısına adının daxil edilməsi müqabilində ondan 2,5 milyon ABŞ dolları verilməsini tələb ediblər».

Bu vəsaiti verəcəyi təqdirdə həmin sahibkara "Kiyevsukanal" İdarə Heyətinin sədrinin müşaviri vəzifəsi də vəd edildi. Hansı ki, bu mövqe sahibkar üçün siyasi karyerasının "uğurlu" başlanğıcı demək imiş. O da məlum olub ki, 2,5 milyon dollar vəsait partiya rəhbərinin tərtib etdiyi qrafikə uyğun olaraq ortaqlara köçürülməli imiş. Birinci tranşın məbləği 50 min ABŞ dolları təşkil edib. Məmurlar bu “avans”ı alarkən ifşa olunub və həbs ediliblər.

Saxlanılan şəxslərin iş yerində axtarışlar aparılıb. Kiyev Polis İdarəsinin İstintaq İdarəsinin rəis müavini Sergey Konovalçuk açıqlamasında deyib:  “Peçersk Rayon Prokurorluğu proseduru əlaqələndirən zaman müstəntiqlər saxlanılan şəxslər üçün etibardan sui-istifadə və dələduzluq cinayətinə kifayət qədər şübhələr olduğunu dəqiqləşdiriblər. Sonra onların həbsi üçün məhkəməyə vəsatət verilib. Cinayət Məcəlləsinin sanksiyasında əmlakı müsadirə olunmaqla beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur".

Bu da dələduzluğun və korrupsiya əməlinin sonu…

A.Məmmədli