«Təzadlar»ın saytının bu günkü buraxılışında tanınmış vəkil İkram Abdullayevin müdafiə etdiyi şəxsin hüquqlarının

istintaq orqanında və Cəlilabad rayon Məhkəməsində necə pozulması barədə vəkilə istinadla bəzi məqamları təqdim etmişdik. «HAKİMİN 5000 MANAT PUL TƏLƏBİ PROKURORLUQDA ARAŞDIRILIR» başlıqlı həmin yazının dərci ciddi reaksiya doğurmuşdur… Vəkil İkram Abdullayev bu dəqiqələrdə redaksiyamızla əlaqə saxladı və bunları dedi: «…Cəlilabad Rayon Məhkəməsinin hakimi Qalib Paşayev mənə zəng vurdu, danışdıq və bildirdi ki, barəsində söz açılan məhkəmə iclasının vaxtının müəyyən edilməsi barədə texniki anlaşılmazlıq aradan qaldırılmışdır və növbəti məhkəmə iclası artıq iyunun 14-nə təyin edilmişdir… Söhbətimiz olduqca səmimi keçdi və mən də belə başa düşdüm ki, həqiqətən ortada bəzi anlaşılmazlıqlar olmuşdur və inanıram ki, məhkəmə ədalətli qərar qəbul edəcək… Bir daha «Təzadlar» qəzetinin rəhbərliynə və əməkdaşlarına informasiya dəstəyinə görə dərin təşəkkürümü bildirirəm və xahiş edirəm, məhkəməyə təzyiq kimi anlaşılmasın deyə mənim adımdan dərc olunmuş bu günkü məlumat saytınızdan götürülsün. Məhkəmə qərarı baradə isə iyunun 14-də Sizə əlavə məlumat verəcəyəm…».

A.Məmmədli