Rusların işğal etdiyi Xerson vilayəti və Krım istisna olmaqla, demək olar ki, bütün Ukraynada hava hücumu xəbərdarlığı elan edilib.

Tezadlar.az bildirir ki, bu barədə Telegram-da hava xəbərdarlığının xəritəsi də yayılıb. Demək olar ki, bütün Ukrayna raket zərbələri təhlükəsi zonasına düşüb: saat 12:44-də Ternopil və Çernivtsi, Lvov və Donetsk vilayətlərində, ondan əvvəl isə Transkarpatiyada hava hücumu siqnalı əlavə edilib. Siqnallar bir saatdan çox davam edib. Dnepropetrovsk vilayətində saat 13:51-də hava hücumunun sonu, bir dəqiqə sonra - Kiyevdə və bir sıra digər bölgələrdə də başlayıb. Saat 13.58-də hava hücumu iki bölgədə qalıb: Donetsk və Luqansk.

Xatırladaq ki, Rusiya hücuma keçə bilmədiyindən raket zərbələrindən istifadə edilir. Özü də hara gəldi atılır...

A.Məmmədli