Ukrayna müharibədə qalib gəldikdən sonra bir çox sahə və proseslərin əhəmiyyətli dərəcədə liberallaşdığı, lakin İsrail kimi güclü təhlükəsizlik və müdafiə sisteminə malik Avropa dövləti quracaq...

Prezident Vladimir Zelenski əmin edib ki, bu tezliklə baş verəcək. Tezadlar.az CNN-ə istinadla bildirir ki, o, İsrail universitetlərinin nümayəndələri ilə söhbəti zamanı belə deyib. Prezident qeyd edib ki, bir çox ukraynalılar artıq təcavüzkarı necə dəf etməyi bilirlər və gələcəkdə dövlətin müdafiəsinə mümkün qədər çox vətəndaşın cəlb edilməsi üsulları təkmilləşdiriləcək. Sitat: "Bu, həm dövlətimizin sərhədlərinə, həm də ölkə daxilində təhlükəsizliyə aiddir. Rusiya kimi qonşuluqla hər an bombardmanlar, qanadlı raketlər və ya başqa bir şey ola bilər. Ona görə də dövlətimizin hava hücumundan müdafiəsi də inkişaf edəcək. Biz Avropa İttifaqının üzvü olacaq bir Avropa dövlətini bərpa edəcəyik. Necə ki, İsrail dövlətinin belə güclü müdafiəsi var”.
Xatırladaq ki, Ukraynanın müdafiə naziri Oleksiy Reznikov İsraildən alınan ilk HIMARS sistemlərinin artıq Ukraynaya gəldiyini bildirib. Bu isə müharibənin taleyini həll edə biləcək güc deməkdir.

A.Məmmədli