Dünən gecə Rusiyada İl-76 hərbi-nəqliyyat təyyarəsi mühərrikində yaranan nasazlıq səbəbindən Ryazan vilayətində sərt eniş edib.

Tezadlar.az trt-1-ə istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinə istinadən xəbər verir. Canlı sujetdən bəlli olurdu ki, təyyarən yerlə təmas zamanı qismən məhv edilib. Xəsarət alan ekipaj üzvləri xəstəxanalara çatdırılıb. “İnterfax” isə mənəblərinə istinadən xəbər verir ki, hərbi təyyarənin qəzaya uğraması zamanı üç nəfər ölüb, 6 nəfər xəsarət alıb.

Ekspertlər bunun terror aksiyasını da istisna etmirlər. Çünki Rusiya hərbi kontingentində ukraynalı hərbçilərin sayı kifayət qədərdir. Sosial şəbəkələrdə də bu barədə bəhs edilir...

A.Məmmədli