booked.netbooked.net booked.net  

Şuşada baş tutan Dünya Azərbaycanlılarının V Qurultayının nümayəndələri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət ünvanlayıb.

Pin It

ŞUŞANIN ZƏFƏR DASTANI- CIĞIR- NİZAMİ CƏFƏRSOY YAZIR

Pin It

ABŞ Müdafiə Nazirliyi Almaniyanın Ştutqart şəhərində Ukraynaya hərbi yardımın çatdırılmasını koordinasiya etmək və ABŞ-ın Avropa Komandanlığının cavabdehliyi sahəsində optimallaşdırmaq üçün nəzarət mərkəzi yaratdı...

Pin It

İndiyədək, daha doğrusu, 30 il ərzində Ermənistanın işğal əziyyətlərini çəkib yurdundan didərgin düşmüş məcburi köçkün müəllimlər Böyük qayıdış başlayanda onların iş fəaliyyəti necə olacaq?

Pin It

"Maraqlıdır ki, SOCAR Müşahidə Şurasının sədri, Vergilər Nazirliyini tabeliyinə alan iqtisadiyyat naziri Mikayıl Cabbarov niyə bu qədər korrupsiya əməllərinə susur???"

(Əvvəli ötən saylarda)

 “Təzadlar” şirkətin adının gizli saxlanmasını xahiş edən SOCAR əməkdaşının Neftçilərin Hüquqlarını Müdafiə İctimai Birliyinin sədri Mirvari Qəhrəmanlıya təqdim etdiyi maliyyə sənədlərinin araşdırmasını davam etdirir... Bu gün redaksiyamıza yeni bank və maliyyə sənədləri təqdim edildi. Tanınmış iqtisadçı ekspert və hüquqşünasların birgə rəyindən sonra bəzi məqamları təqdim etməli olduq.

***

Bir daha qeyd edirik ki, “Təzadlar” göndərilən bu sənəd və məlumatları aşdırmaqla bərabər, Prezident İlham Əliyevə, Prezident Administrasiyasına, SOCAR Müşahidə Şurasının sədri, iqtisadiyyat naziri Mikayıl Cabbarova, SOCAR-ın faktiki rəhbəri Rövşən Nəcəfə, Baş Prokuror Kamran Əliyevə, SOCAR-ın vitse-Prezidentlərinə (onların elektron poçtları ötən yazıda təqdim olunub) s. yüksək çinli məmurlara, eləcə də adı korrupsiyada hallanan idarə rəislərinin özlərinin elektron ünvanlarına tərəfimizdən “İnformasiya sorğusu” formasında göndərilib. Biz media olaraq qanuni tələbləri yerinə yetimişik, lakin qarşı tərəfdən müxtəlif telefon zəngləri olsa da, hələki heç bir rəsmi mövqe sərgilənməyib. Biz «Media haqqında» və “İnformasiya əldə etmək haqqında” Qanunların tələblərinə uyğun olaraq həmin sorğuların qanunda nəzərdə tutulan müddətdə cavablandırılmasını xahiş etmişik. Artıq seçim qarşı tərəfin özündədir.

***

Beləliklə, Neftçilərin Hüquqlarını Müdafiə İctimai Birliyindən daxil olan həmin sənəd və faktların izahlı təqdimatı davam edir. Mənbəmizin bizə təqdim etdiyi məktubda deyilir:

«Hörmətli Mirvari xanım, sağ olun ki, təqdim etdiyim sənəd və faktların «Təzadlar» qəzeti və saytında işıqlandırılmasına kömək etmiş oldunuz. Lakin SOCAR rəsmilərinin Nəqliyyat İdarəsində olan mənimsəmələrə hərəkətsizliyinin səbəblərindən biri də ondadır ki, onlara məxsus təsərrüfatlarda Nəqliyyat İdarəsinə məxsus texnikalardan istifadə etmələridir. Belə ki, Nəqliyyat İdarəsinə məxsus (rəis Elçin Zülfüqarov) bəzi texnikalar aylarla vitse-prezident Daşqın İskəndərovun, Fuad Həziyevin, Eldar Orucovun, Elçin Zülfüqarovun… təsərrüfatlarında işləyir. Digərləri isə ailəsinə xidmət üçün nəqliyyat vasitələri ilə təmin olunur. Onun üçün də satınalmalarda baş verənlərə göz yumulur. Əks halda, Elçin Zülfüqarov həmin texnikaların işini müxtəlif bəhanələrlə dayandırar, yuxarı rəhbərliyə məlumat verə bilər. Belə olmasaydı bir müqavilənin bir pozisiyasında 600 min manat mənimsəmə olmazdı…».

 Ehtiyat hissələrinin alqı-saytqısındakı şok qiymət şişirtmələri…

Mənbəmiz bu dəfə həm də alqı-saytqı müqavilələrindəki bəndlərə aydınlıq gətirərək şərh verib. Yazır:

«Salam Mirvari xanım! Hörmətli redaksiya! Qiymətlərlə mənə göndərdiyiniz suallara cavab olaraq bildirirəm ki, qeyd etdiyim kimi, qiymətlər 400 faizdən çox şişirdilib. Misal üçün:  

1.Müqaviənin əlavəsindəki 115-ci sırasında bir şinin qiyməti vergisiz rüsumu 522 avro göstərilir. Amma Bakıda vergili rüsumlu qiymət 680 azndir. Bu isə: 522 X 2=1044 azn- 680 azn=364 azn. Fərq 364 manatdır. Nəzərə alsaq ki, təqdim etdiyim siyahıda alınan şinlərin sayı 800 ədəddir, o haldı hesablayın: 800 X 364= 291 min 200 azn. (Mənbə: Topservis.az).

  1. 123-cü sıraya diqqət edin: Omsk şini 425/82 R21. Müqavilədə göstərilən qiymət vergisiz rüsumla 987 avro göstərilib. Moskva Şin Zavodunun rəsmi saytında bu qiymət  47200 rubl göstərilib. Bu günün məzənnəsi ilə 47200 rubl 1079 azn edir. 987 X 2=1974- 1079= 895azn. Avtoşinin sayının təqdim etdiyim cədvəldə 140 ədəd göstərilməsini nəzərə alsaq, buyurun hesablasınlar: 140 X 895=125 min 300 azn. (Mənbə: Omsk şin zavaodu). 

3.119-cu sıra.  315/80R22.5, qiyməti 522 avro vergisiz rüsumsuz. Bakıda vergili rüsumlu 749 azn-dir.  522 X 2=1044 -749= 295! Cədvəldə 245 ədəd olduğunu nəzərə alsaq, 295 azn X 245 ədəd =72 275 azn.

4.116-cı sıra. 215/75R17.5. Müqavilə üzrə vergisiz rüsumsuz 522 avro göstərilir. Bakıda 281 azn-dir. Beləliklə, 522 X 2=1044 azn. 1044- 281=763. Sayı cədvəldə 860-dır. Deməli: 860 X 763=656 min 180 azn. Bir pozisiyda 656.180 manat sizlərə maraqlı gəlmirmi??? Və sair…».

 Şikayətçi SOCAR-ın rəhbəri Rövşən Nəcəfə bir daha müraciət edir ki…

 SOCAR şikayətçisi yazır:

«Hörmətli Rövşən müəllim, Nəqliyyat İdarəsində baş verənlərə diqqət ayrımağınız yaxşı olardı. Avtomobil şinlərinin satınalınması məqsədilə keçirilmiş, cinayət saçan bir satınalma əməliyyatını SOCAR-ın Satınalmalar Komitəsi necə təsdiq edib? Təsdiq zamanı hansı qanunvericiliyə əsaslanılıb? Müqavilənin əlavəsinin, sadəcə, bir pozisiyasında mənimsəmə 600 min manat təşkil edir, cənab Rövşən Nəcəf! Umumi müqavilə üzrə isə bu mənimsəmə 1 milyon avrodur. Bütün bunlar SOCAR-ın Daşımalar Departamentinin və Texniki əməliyyatlar departamentinin, Təchizat Departamentinin vəzifəli şəxslərin məlumatı olan cinayətlərdir. Onlar PM modulunda bunu görürlər. Amma nəyinsə qarşılığında susurlar. Nə vaxta kimi? Həmin pullar dənizdə, quruda min əziyyətlə neft-qaz hasil edən əliqabarlı neftçilərin qazanıb dövlətimizin büdcəsinə hallalıqla ötürdükləri vəsaitlərdəndir. Bu halal pullara haram əllər uzanır. Bunu niyə görmürlər??? Bir daha xahiş edirəm, dəqiqliklə araşdırılsın…».

-Bəs SOCAR-ın idarə rəisi Elçin Zülfüqarovun adı  niyə bir müddət əvvəl İŞİD-ə yardım etməkdə hallandırılıb?

-Dövlət Təhlükəsizlik Xidməti bu faktı araşdırıbmı? Nələr təsdiqini tapıb???

P.S.Qarşı tərəfin istənilən əsaslandırılmış cavab haqqını tanıyırıq, dərc etməyə hazırıq.

 (Davamı var)

«Təzadlar»ın Araşdırma Qrupu

 

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN