booked.netbooked.net booked.net  

Bu gün də İsveçrənin Luqano şəhərində Ukraynanın bərpası ilə bağlı donor konfransı keçiriləcək.

İlkin məlumatlara görə, Ukraynanın müharibədən sonrakı bərpası üçün 500 milyard avrodan çox donor vəsaiti ayırıla bilər.  İnfrastruktur və təhlükəsizlik, iqlim və rəqəmsal iqtisadiyyat investisiyaları və enerji şaxələndirilməsi kimi istiqamətlərə vəsaitin ayrılacağı gözlənilir.

Bu fikirləri iqtisadçı, millət vəkili Vüqar Bayramov bildirib.

 Millət vəkilinin sözlərinə görə, Ukraynaya ayrılması gözlənilən yardım bu ölkənin Ümumi Daxili Məhsulundan (ÜDM) 2.5, dövlət büdcəsinin gəlirlərindən isə 12 dəfə çoxdur.

“Qeyd edək ki, 2021-ci ildə Ukrayanda ÜDM 198, büdcə gəlirləri isə 42 milyard olub. Rusiya-Ukrayna müharibəsindən sonra qrivnanın dəyərsizləşməsi və savaşın real sektorunda yaratdığı ciddi durğunluq fonunda sözügedən ölkənin makro-iqtisadi göstəriciləri dollar və real ifadədə kəskin pisləşib”, - deyə bildirib.

Vüqar Bayramov Ukraynanın bərpası üçün yardımın nəzərdə tutulmasını və donor konfransının keçirilməsinin təqdirəlayiq hal olduğunu vurğulyıb və qeyd edib ki, Azərbaycan da Ukraynaya humanitar yardım edən ölkələrdəndir.

“Savaş başladıqdan sonra Azərbaycan humanitar dəstək ilə yanaşı, Ukraynada təcili yardım maşınlarını da pulsuz yanacaqla təmin edirdi.

Ölkəmizin ərazisinin 20 faizə yaxını müharibə nəticəsində tamamilə dağıdılıb. 30 ilə yaxın işğal müddətində Qarabağda infrastrukturun dağıdılması, əmlakın barbarcasına mənimsənilməsi Azərbaycana milyardlarla ziyan vurub. Hazırda dəymiş ziyanın konkret məbləği hesablanıb yekunlaşmaq üzrədir. Son 2 ildə işğaldan azad olunan ərazilərimizin bərpası üçün dövlət büdcəsindən 4 milyard 870 milyon manat vəsait ayrılıb”,- deyib.

 O, Azərbaycanın heç bir xarici yardım olmadan azad olunan əraziləri bərpa etdiyini və yenidən qurduğuna diqqət çəkərək bildirib ki, bununla yanaşı, Ermənistan işğalı nəticəsində dəymiş ziyanın məbləği kifayət böyükdür və bu isə o deməkdir ki, bərpa prosesi böyük vəsait tələb edəcək.

“ Təəssüf ki, dost Ukraynaya olan beynəlxalq donor dəstəyi Azərbaycana münasibətdə hiss edilmir. Halbuki Qarabağ və Şərqi Zəngəzurun bərpasına olacaq dəstək, eyni zamanda regionadakı təhlükəsizliyin formalaşması və güclənməsi baxımdan da vacibdir”, - deyə vurğulayıb.

Bəli, biz doğrudan da Azərbaycanın dost ölkə kimi qəbul etdiyi və dəstəklədiyi Ukraynaya edilən beynəlxalq donor köməyini alqışlayırıq. Çünki bu vəsait dost Ukrayna xalqına müharibənin vurduğu ağır zərbələrin, itkilərin, dağıntıların və s. aradan qaldırmasına, tez bir zamanda ayağa qalxmasına yardım etmiş olacaq.

Lakin 30 ilə yaxın Ermənistanın təcavüzündən əziyyət çəkən Azərbaycana və onun vətəndaşlarına (Ermənistandakı dədə-baba torpaqlarından qovulanlara da) bu humanizmdən doğan dəstək göstərilmədi.

Bu gün Azərbaycan dövləti işğalçının yaramazcasına, vəhşicəsinə dağıtdığı, yerlə-yeksan etdiyi şəhər və kəndlərində quruculuq işləri görür, köçkünləri yurd yerlərinə qaytarmaq istəyir, lakin bu incə düşüncəlilik ölkəmizə qarşı hiss olunmur.

Və bu da bir çox ölkələrin Azərbaycana qarşı yürütdüyü ikili standartların və yanaşmaların göstəricisidir.

Əksini söyləsələr belə...

 

JASMİN

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN