Bu başlıq altında gedən məlumatlar oxu.az saytına məxsusdur və kollektivin balaca Mahirə biganə qalmamaları və onun vəziyyətini işıqlandırılmasını alqışlayırıq. “Təzadlar”ın kollektivi də bu xeyirxah təşəbbüsə qoşulur və Mahir barəsində oxu.az saytında gedən məlumatları oxucularla paylaşır və ümid edir ki, xeyirxah insanlar Mahir balamızın sağalmasına həm mənəvi,həm də imkan daxilində maddi dəstək olacaqlar.

Dörd yaşlı Mahir Səlimzadə qaraciyər çatışmazlığından əziyyət çəkir. Mahirin anası Hicran Məmmədova hazırda Beyləqanda yaşadıqlarını və müalicəni qarşılaya bilmədiklərini vurğulayıb. Mahirin bir müddət Bakıda müalicə aldığını, sonradan maddi sıxıntılar ucbatından geri qayıtmaq məcburiyyətində olduqlarını vurğulayan Hicran xanım oğlunun xəstəliyinin artıq üçüncü dərəcəyə çatdığını bildirib. Ailəsi bildirir ki, Mahirin bir kurs müalicəsində istifadə edilən dərmanları ala bilmək üçün 800 manat pul lazımdır.

Mahirin ailəsinə yardım etmək istəyən şəxslər 050-624-89-96 (anası Hicran Məmmədova) nömrəsi ilə əlaqə saxlaya və ya bank hesab nömrəsinə pul köçürə bilərlər.

Təqdim etdi:Şakir QURBANOV


GÜNDƏM

Jurnalistler



Vizual Xəbərlər

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA