...Dünya mediası Ukraynanın yaxın aylarda qələbə çalacağını, yəni Rusiya Ordusunu gəldiyi yerədək qovub şil-küt edəcəyini yazıb... Rusiya Komandanlığı isə təlimlər aparır. Yəni, ordunu müharibəyə hazırlayır. Bəs 46-cı aydır gedən müharibə nə idi???
Baxın, dünən- 9 iyul 2022-ci il tarixi. Rusiyada günün şok fotosu yayılıb. Tanınmış araşdırmaçı jurnalist Çingiz Sultansoy bu foto ilə bağlı maraqlı status paylaşıb. Sitat: "...RF Təhlükəsizlik Şurasının sədr müavini, möhtərəm cənab Dmitriy Medvedev Rusiya Ordusunun hərbi təlimlərini müşahidə edir. Guya müşahidə edir, əslində sadəcə poz verir, özü də çox ucuz poz, çünki binoklun qapaqlarını axıracan açmasan, nə görəcəksən? Yaxşı, özü görmür səhvini, bəs şəkli çəkən fotomüxbirə nolub? Bu şəkli sayta qoyan redaktora nolub? O da görmür, baş redaktora nolub? Hamısı dəmdi, lül-qəmbərdi?! Ya neyşə çəkirlər? Hansından? Həştərxandan gətirilən?! O tuftadı, - Bakıda tuxta deyirlər, - ondan çəkməyin!.. Mən uzun illər müxtəlif medialarda işləmişəm, əməkdaşlıq eləmişəm, 6 il Press-Klubda mətbuat konfransları düzənləmişəm, Azadlıq Radiosu-nun Azərbaycan xidmətinin rus bölümündə 5 il işləmişəm, əvvəlcə üç il müxbir, sonra iki il redaktor kimi təkbaşına idarə eləmişəm, MeydanTV-nin rus bölümünün redaktoru olmuşam, nəinki belə səhv, heç buna yaxın gələn səhvim olmayıb... O boyda keçmiş imperiya, Rusiya Federasiyasının prezidenti olmusüz, RF hökumətinin sədri, hakim "Edinaya Rossiya" partiyasının sədri olmusuz, indi də RF Təhlükəsizlik Şurasının (!) sədr müavinisiz, möhtərəm Dmitriy Anatolyeviç! Bu ağılnan, bu təfəkkürnən, Yavər?! İndi də ABŞ, Almaniyadan ağır silah alan, NATO-dan ordu quruculuğu öyrənən Ukraynanı məğlub etmək istəyirsiniz?! Bu səriştəynən, Yavər? O nə Təhlükəsizlik Şurasıdı, o nə dövlətdi ki, TŞ-nın sədr müavini bu təfəkkürdə, bu ehtiyatda biridi? Dimon ki Dimon!... 😀".
*** 
Əlavə şərhə ehtiyac varmı? Çünki təqdim edilən fotoşəkil dil açıb hər şeyi lazımınca izahlayır...
A.Məmmədli