booked.netbooked.net booked.net  

İnsanlar dara düşəndə FHN-nin 101-nə zəng edir, indi FHN-nin özünün zəng etməyə ünvanı varmı???

…Fövqəladə Hallar Nazirliyinin tabeliyində olan Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi, general-mayor Fizuli Əsədovun koməkcisi, polkovnik Zaur Mirzəyevin məlum biabırçı kabinet «qəhrəmanlığı» hələ də geniş müzakirə mövzusudur. Hərə öz düşüncə və maraq çərçivəsində müzakirələrə qoşulub, rəylər bildirilir. Artıq Baş Prokurorluq da məsələyə dair bəyanat yayıb…

***

Bəli, rəsmi iş yerində, ən azı rəisinin burnunun ucunda öz iş yoldaşı xanımla çirkin seksual tətbiqlərin adı yoxdur. Ən vacibi, bunun səbəbkarın özü tərəfindən çəkilib paylaşılmasının, ictimailəşdirilməsinə şərait yaradılmasının isə, ümumiyyətlə, adı-familyası yoxdur.

Bildiyimiz qədər bu məsələ ölkə rəhbərliyi səviyyəsində müzakirə edilib və müvafiq, özü də sərt qərarlar gözlənilir… Amma bu hərəkət nəinki o boyda dövlət strukturunun olan-qalan imicini zədələdi, həm də cəmiyyətə ailə qısqanclığı, etibarsızlıq və etimadsızlıq şübhələrinin toxumunu səpdi. Bəla bundadır… Dövlət Statistika Komitəsinin məlumatına baxıram: 2021-ci ilin yanvarın 1-nə olan məlumata görə, ümumilikdə ölkə üzrə 2 milyon 351 min qadın bu və ya digər sahələrdə rəsmi məşğul işçi olub. Onlardan 7339 qadın isə dövlət qulluğunda çalışıb. 72 qadın RİH başçısının müavini olub və s.

 2020-ci ildə iqtisadi fəaliyyət növləri üzrə ümumən muzdlu işçilərin sayına gəldikdə isə, 670477 qadın müxtəlif sahələrdə muzdlu işçi olub. Eləcə də 1 milyon 28 min 267 kişi eyni ilə muzdlu iş sahələrində çalışıb. Qısası, bu o deməkdir ki, qadınlarımız və ya kişilərimiz sənaye, ticarət, təhsil, kənd təsərrüfatı, nəqliyaat, mədəniyyət, maliyyə və sığorta, inzibati və s. sahələrdə vəzifə tutublar, işləyiblər (Rəsmi statistik cədvəli təqdim edirəm).

 İndi özünüz nəticə çıxarın: bu qədər qadın və o qədər də kişi indi Fövqəladə Hallar Nazirliyindəki «kabinet əməliyyatı»nı sosial şəbəkələrdəki videolarla canlı izləyəndən sonra nə düşünməlidir??? Bu qədər insanın- qadınların kişilərini, kişilərin də qadınlarını qıcqanclıqla, psixoloji şübhələrlə işə yola salıb- qarşılaması kimi şübhə toxumunun cəmiyyətə səpilməsinə nə ehtiyac var idi? Məqsəd nə idi?

İndi bəzi üzdə olan kimi tanıdıqlarımızın «Əşşi, iki nəfər qucaqlaşıb də, dünya dağılmayıb ki?!» kimi məntiqsiz, mənasız şərhi o mənada olduqca ikrah hissi doğurur.

Bəli, bu hansısa bir yaramaz tərəfindən gizli çəkilib yayılsaydı, bunun adı bəlkə də fərqli də olardı. Amma o boyda nazirliyin xidmət rəisi olan generalın gözünün qabağında-burnunun ucunda  köməkçisi tərəfindən bu əməl törədilirsə və özü tərəfindən də gizli çəkilib yaılmasına səbəbkar olursa, bu artıq başqa bir məsələdir. Bu özbaşınalığın və məsuliyyətsizliyin anatomiyasıdır! İndi görün o strukturda vəziyyət nə yerdə olub! Köməkçisinin əməllərindən xəbərsiz olan generalın rütbəsinə niyə də şübhə ilə yanaşmayaq?!

Sonda: biz bəzən əməli törədib düşünürük, amma düşünüb sonra buə məli törətmək lazımdır! Ki, düşünək: bu əməl cəmiyyətə nə verəcək, ətrafımıza nəyi təlqin edəcək! Atalar «Keçənə güzəşt!» deyib. Amma bu əməl fərdi olsaydı, onda bəlkə də polkovnikin günahından keçməyə dəyərdi. Bu dəfəki əməl isə dövlətin vacib strukturuna, cəmiyyətə sayğısızlıq və təhqirdir! İnsanlar dara düşəndə FHN-nin 101-nə zəng edir, indi FHN-nin özünün zəng etməyə ünvanı varmı???

Asif MƏRZİLİ

             
4.3. 2020-ci ildə iqtisadi fəaliyyət növləri üzrə muzdlu işçilərin sayı  
(Yekuna və cinsə görə, faizlə)
             
Fəaliyyət növləri Qadınlar Kişilər Cins üzrə bölgü
nəfər faiz nəfər faiz qadınlar kişilər
Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq 14604 2,2 46609 4,5 23,9 76,1
Mədənçıxarma sənayesi  4334 0,6 29793 2,9 12,7 87,3
Emal sənayesi 32161 4,8 94971 9,2 25,3 74,7
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı 3177 0,5 25161 2,5 11,2 88,8
Su təchizatı, tullantıların təmizlənməsi və emalı 10428 1,6 19510 1,9 34,8 65,2
Tikinti 9707 1,4 124264 12,1 7,2 92,8
Ticarət; nəqliyyat vasitələrinin təmiri 78920 11,8 233827 22,7 25,2 74,8
Nəqliyyat və anbar təsərrüfatı 12379 1,8 63943 6,2 16,2 83,8
Turistlərin yerləşdirilməsi və ictimai iaşə 7103 1,1 18133 1,8 28,1 71,9
İnformasiya və rabitə 8578 1,3 21190 2,1 28,8 71,2
Maliyyə və sığorta fəaliyyəti 10226 1,5 18705 1,8 35,3 64,7
Daşınmaz əmlakla əlaqədar əməliyyatlar 5515 0,8 12433 1,2 30,7 69,3
Peşə, elmi və texniki fəaliyyət 25503 3,8 32863 3,2 43,7 56,3
İnzibati və yardımçı xidmətlərin göstərilməsi 25332 3,8 50855 5,0 33,2 66,8
Dövlət idarəetməsi və müdafiə; sosial təminat 29374 4,4 82646 8,0 26,2 73,8
Təhsil 244119 36,4 88812 8,6 73,3 26,7
Əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi 108761 16,2 31454 3,1 77,6 22,4
İstirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət 33756 5,0 20696 2,0 62,0 38,0
Digər sahələrdə xidmətlərin göstərilməsi 6500 1,0 12402 1,2 34,4 65,6
Cəmi 670477 100,0 1028267 100,0 39,5 60,5
             
Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN