Bu dəqiqələrdə Bakıda 8 Noyabr - Zəfər Günündə hərbi orkestrlərin müşayiəti ilə Zəfər yürüşü davam edir...

Tezadlar.az xatırladır ki,  yürüş Şəhidlər xiyabanından başlayaraq Alov Qüllələri kompleksi, İçərişəhər metrostansiyası, İstiqlaliyyət küçəsi, Azneft dairəsi, Bəhram Gurun abidəsinə qədər davam edəcək. Yürüşdən əvvəl şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Qeyd edək ki, zəfər yürüşü üç marşrut üzrə təşkil edilib.

 Bir daha qeyd edirik ki, bu yürüş Azərbaycanın 2020-ci ilin 8 noyabrında işğalçı Ermənistan üzərindəki tarixi qələbəsinin ildönümünə həsr edilib. Həmin gün Ermənistanın və bu qondarma dövləti dəstəkləyən, işğalına 30 il göz yumub susmuş havadarlarının saxta arzularına son qoyulmasına həsr edilmiş bayramdır! 8 noyabr Azərbaycan düşmənlərinə tarixi cavab, Azərbaycan dostlarına sevinc bəxş edən gündür!

Qarabağ Azərbaycandır!

A.Məmmədli