booked.netbooked.net booked.net  

 “İşçilər koronavirus yaxması verəndə, guya “CASPİAN HOTEL”də qalırlar...”

Bildiyiniz kimi, hal-hazırda heç bir qurum COVİD yaxmasının nəticəsini tələb etmir, o cümlədən daxili və beynəlxalq uçuşlar zamanı.

Ancaq hələ də SOCAR dəniz obyektlərində çalışan neftçilərdən yaxma götürməkdə davam edir...

Bunu Neftçilərin Hüquqlarının Müdafiəsi İctimai Birliyinin sədri Mirvari Qəhrəmanlı bildirib.

 QHT rəhbərinin sözlərinə görə, SOCAR bunun üçün "müvafiq" klinikalara il ərzində 10 milyon manata yaxın vəsait ödəyir!

 “Onu da qeyd edim ki, hər işçidən götürülən yaxma üçün SOCAR 150 manata yaxın pul ödəyir. Və hər gün Zığda və dəniz vağzalında 400-ə yaxın işçidən yaxma götürülüb yenidən evinə göndərilir...

Yaxma götürələcək işçilər siyahı ilə çağrılıb onlara barkod verilir, sonra analiz verirlər. Həmin barkod da həkimə verilir. Həkim isə onu yapışdırır işçinin analiz tübikinə və aparır. Barkodun üstündə isə "Caspian hotel" yazılır. Guya ki, işçilər orada qalır, sonra analiz verib işə gedirlər. Yaxmadan sonra hotelə aparmalıdırlar ki, kənarla təmas olmasın. Amma göndərirlər evə. Yoxlanılmasına ciddi ehtiyac duyulur! Düzdürsə, bu korrupsiyadır”, - deyə tanınmış QHT rəhbəri SOCAR rəhbərliyinin diqqətinə çatdırıb.

 

Y.MƏMMƏDLİ

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN